SON XƏBƏRLƏR

Türkiyədə yaşayan güneyli fəal özü və ailəsinə qarşı yönələn təhlükələrdən yazıb

2021.10.20, 07:36
Türkiyədə yaşayan güneyli fəal özü və ailəsinə qarşı yönələn təhlükələrdən yazıb

Gunaz.tv

GünAz TV: Türkiyədə yaşayan güney azərbaycanlı fəal Dr. Kərim Əsğəri özü və ailəsinə qarşı yönələn təhlükələrlə bağlı post paylaşıb.

 

O bu barədə Facebook səhifəsində bir mətn yazıb.

 

“Təxminən 2017-ci ilin iyun ayında 10 gün ərzində 3 dəfə naməlum şəxs və ya şəxslər müxtəlif saatlarda bizim evə girmək istəyib. Bu, zahirən bizim önləyici təhlükəsizlik tədbirləri ilə əlaqədar baş tutmayıb. Lakin həmin şəxs və ya şəxslərin evə daxil olmaq cəhdlərinin izləri hələ də qapıda görünür. Təbii ki, mən bu barədə Türkiyə polisi və bəzi dostlara məlumat verdim. Bundan sonra oxşar hadisələr baş verməyib, lakin hələ də təhdidin  psixoloji təsiri qalmaqdadır. Qeyd etmək lazımdır ki, mən bu hadisədən əvvəl də təhdid edilmişəm”- deyə azərbaycanlı fəalın yazdığı mətnin bir hissəsində bildirilib.

 

Qeyd edək ki, Dr. Kərim Əsğəri Türkiyədə yaşayan tanınmış güneyli fəallardan biridir.

 

İran rejimi son aylarda siyasi fəallar və onların ailələrinə qarşı təzyiqləri artırıb.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar