SON XƏBƏRLƏR

Türkiyədən Yunanıstan və Bolqarıstana təxminən 150 min miqrant keçib

2021.10.20, 07:36
Türkiyədən Yunanıstan və Bolqarıstana təxminən 150 min miqrant keçib

Gunaz.tv

GünAz TV: Türkiyədən Yunanıstan və Bolqarıstana keçən miqrantların sayı açıqlanıb.


Türkiyənin Müdafiə naziri Hulusi Akar “TRT Haber”ə müsahibəsində bildirib ki, fevralın 28-dən indiyə kimi 148 763 miqrant Yunanıstan və Bolqarıstan keçib.


O həmçinin deyib ki, yanvarın 1-dən bu günə kimi hərəkat bölgələrində 903 terrorçu zərərsizləşdirilib.

Nazirin sözlərinə görə, bundan başqa, yanvarın 1-dən bu günə qədər 59 quru, 90 hava əməliyyatı həyata keçirilib ki, nəticədə 200 terrorçu zərərsizləşdirilib.


H. Akar Suriyanın şimalında, İdlib vilayətində gərginliyin azaldığını vurğulayıb.


O qeyd edib ki, aprelin 15-də NATO Müdafiə nazirlərinin videokonfrans vasitəsilə iclası keçiriləcək.
Nazir koronavirusla mübarizə çərçivəsində orduda müvafiq addımların atıldığını da vurğulayıb. APA

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar