Türkiyəli deputat: "Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır"

2021-06-24 16:13

"Əgər Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və düşmənçilik hərəkətlərinə son qoymalıdır".

Gunaz.tv Quote | Gunaz article

Bunu  Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Ahmet Yıldız bildirib.

Onun sözlərinə görə erməni deputatlar AŞPA-nın sessiya iclaslarında müzakirə olunan mövzulardan tamamilə uzaqlaşaraq Azərbaycanın ünvanına yerli-yersiz ittihamlar səsləndirirlər: "Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri iclaslar zamanı çox tez-tez söz alaraq Azərbaycandan danışmağa, ötən il baş verən müharibə növzusunu qaldırmağa cəhd göstərirlər. 

Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfərinə toxunan Ermənistan nümayəndə heyətinin üzvünün "işğal altında olan Şuşa" ifadəsinə yol verməsi onların nə dərəcədə dürüst olmadıqlarını göstərir. Lakin biz hər dəfə ehtiyac olduqca onların lazımi cavablarını verməkdə davam edirik. Sonda onların səyləri nəticəsiz qalır".

A.Yıldız deyib ki, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviçin AŞPA-nın yay sessiyası zamanı Ermənistan nümayəndə heyətinin erməni əsirlərlə bağlı sualını cavablandırarkən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi məsələsinə toxunması gözlənilən idi: "Baş katib erməni əsirlərin azad edilməsini alqışladığını və əsas məsuliyyəti Ermənistanın daşıdığını bildirdi. Bu, baş katibdən gözlənilən cavab idi. Ümumiyyətlə, onun cavabı Azərbaycanın ərazi bütövlüyünün tanınması idi".

Türkiyəli deputat həmçinin Avropa Şurası və Avropa Şurası Parlament Assambleyasının gələcəyinə nikbinliklə baxdığını vurğulayıb: "Burada sərt müzakirələr çox olur, bu da təbiidir. Biz bundan sonra da öz mövqeyimizi müdafiə etməkdə davam edəcəyik. Biz bu gün burada ən çox ədalətsizlik görən ölkələrdənik. Ona görə də bizim daha artıq işləməyimizə ehtiyac var. Bu baxımdan səylərimizi daha da gücləndirməliyik". (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ombudsman Səbinə Əliyeva Türkiyəyə 100 fidan hədiyyə edib

2021-08-01

gun az article

Ceyhun Bayramov: "Azərbaycan bundan sonra da Türkiyəyə hər cür yardıma hazırdır"

2021-08-01

gun az article

Azərbaycanda daha 671 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 4 nəfər ölüb

2021-08-01

gun az article

Xuzistanda hüquq mühafizə qüvvələrinin avtomobilinə atəş açılıb: 1 polis əməkdaşı öldürülüb

2021-08-01

gun az article

Tehranda incəsənət xadimlərinin dəvəti ilə Xuzistana dəstək aksiyası keçirilib – VİDEO

2021-08-01

gun az article

Tural Gəncəliyev: “Jirinovski və onun kimiləri yeni reallığı qəbul edə bilmir”

2021-08-01

gun az article

Sabah temperatur 36 dərəcəyə yüksələcək, bölgələrə yağış, dolu yağacaq

2021-08-01

gun az article

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

2021-08-01

gun az article

İordaniya Suriya ilə sərhədi bağladı

2021-08-01

gun az article

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

2021-08-01

gun az article

Rusiyalı alim: “Kütləvi peyvəndləmə daha təhlükəli infeksiya variantlarının qarşısını alacaq”

2021-08-01

gun az article

Mövqelərimiz Naxçıvan istiqamətində atəşə tutulub

2021-08-01

gun az article

Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı

2021-07-31

gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31