SON XƏBƏRLƏR

Türkiyəli məşhur aktyor Güney Azərbaycan Milli Hərəkatının vahid mübarizə bayrağının müəyyən edilməsini təbrik edib

2021.10.20, 07:36
Türkiyəli məşhur aktyor Güney Azərbaycan Milli Hərəkatının vahid mübarizə bayrağının müəyyən edilməsini təbrik edib

Gunaz.tv

GünAz TV: Türkiyəli məşhur aktyor Sarp Ləvəndoğlu Güney Azərbaycan Milli Hərəkatının mübarizə bayrağının müəyyən edilməsi münasibəti ilə Azərbaycan türk millətini təbrik edib.


S.Ləvəndoğlu iyulun 2-də yeni seçilmiş mübarizə bayrağının təsvirini öz İnstaqram səhifəsində yayıb. “Salam olsun Güney Azərbaycanın qəbul edilən bayrağına...”- deyə təsvirin altında qeyd olunub.


Məşhur aktyorun sözügedən bayrağın təsvirini yayması azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb.


S.Ləvəndoğlu bundan əvvəl “Savaşcı” serialında canlandırdığı obrazda Azərbaycanın “Traxtur” futbol komandasının tərəfdarı olduğunu bildirmişdir.


Ötən günlərdə Türkiyə Giresun Universitetinin müəllimi Prof. Dr. Səlcuq Duman da Güney Azərbaycan Milli Hərəkatının vahid  mübarizə bayrağının müəyyən edilməsini təbrik edərək türkiyəli millətçilərin bu qərardan sevindiklərini diqqətə çatdırmışdır.
Xatırladaq ki, Azərbaycan Milli Hərəkatının müxtəlif qurum və təşkilatları arasında uzun sürən müzakirələrdən sonra iyunun 22-də Azərbaycan Milli hərəkatının vahid mübarizə bayrağı barədə razılıq əldə olunub, 2003-cü ildə Babək qalası mərasimində qaldırılan bayraq Milli Hərəkatın vahid mübarizə bayrağı kimi rəsmi şəkildə  təqdim edilib.

 


N.S


SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar