SON XƏBƏRLƏR

Türkiyəli soydaşlarımızdan “Traxtur”un cəzalandırılan oyunçusu Mehdi Bəbriyə dəstək – VİDEO

2021.10.20, 07:36
Türkiyəli soydaşlarımızdan “Traxtur”un cəzalandırılan oyunçusu Mehdi Bəbriyə dəstək – VİDEO

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Güney Azərbaycanın “Traxtur” futbol komandasının oyunçusu Mehdi Bəbri İnstagram səhifəsində görüntü paylaşaraq Türkiyənin Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatına dəstək bildirdiyi üçün İran Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

 

Bu məsələ Güney Azərbaycanla yanaşı türkiyəli soydaşlarımızın da etirazına səbəb olub.

 

İran Futbol Federasiyasının Əxlaq Komitəsi Mehdi Bəbrinin əməlini “qeyri-əxlaqi və idman prinsiplərinə zidd” davranış kimi dəyərləndirərək onun futbol fəaliyyətinə müvəqqəti olaraq qadağa qoyub.

 

Məhdi Bəbrinin bu şəkildə cəzalandırılması bir çox Türkiyə vətəndaşı tərəfindən məhkum edilib. Çərşənbə günü bir gənc türk qızı İranın İstanbuldakı baş konsulluğunun binasının önündə Mehdi Bəbrinin şəkilini tutaraq ona dəstək nümayiş etdirib.

Gənc qızın qaldırdığı şəkilin üzərində “ürəyimiz səninlərdir” sözü yazılıb.

 

https://www.youtube.com/watch?time_continue=13&v=1Q0Chc2AWzM

 

Bundan əlavə, bir çox Türkiyə vətəndaşı İnstaqram və Twitter səhifələrində Mehdi Bəbriyə dəstək verən postlar paylaşıb. Bəzi sosial şəbəkə istifadəçiləri isə futbolçuya dəstək tələb edərək onun Türkiyə klublarına gətirilməsini istəyib.

 

Mehdi Bəbri oktyabrın 14-də türk əsgərlərinin şəkili ilə birlikdə Türkiyə bayrağını İnstaqram səhifəsində yaymışdır. Onun “Barış pınarı” antiterror əməliyyatına dəstək verməsi bir çoxlarının ona qarşı hücuma keçməsinə bəhanə oldu. Futbol federasiyası tərəfindən cəzalandırılan futbolçu özlərini islahatçı adlandıran siyasi fəallar və bir çox radikal sosial şəbəkə istifadəçiləri tərəfindən təhqir və təhdidlərə məruz qaldı. Bu məsələ güney Azərbaycanlı gənclərin kəskin etirazına səbəb olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar