Türkiyənin “Anadolu Xəbər Agentliyi” Güney Azərbaycandan xəbər verir; Azərbaycan türk ailəsi övladının şəxsiyyət vəsiqəsini almaq üçün bir neçə aydır mübarizə aparır+video

2021-01-26 09:03

Türkiyənin “Anadolu Xəbər Agentliyi” "Mustafa Məlih Ahışali" nin hazırladığı verilişdə güney azərbaycanlı mədəni fəal "Səccad Colani" nin qızı "Ayıl"ın dünyaya gəlməsindən yeddi ay keçməsinə baxmayaraq kimlik sənədi ala bilməməsindən bəhs edib.

Gunaz.tv Quote | Gunaz article

Cənab Colani müsahibəsində deyib: "Qızım doğulduqdan yeddi ay sonra, dəfələrlə Ərdəbil “Vətəndaşlıq Qeydləri İdarəsi”nə və Tehrandakı “İran Mülki Qeyd Təşkilatı”na müraciət etsəm də, qızım Ayıla kimlik sənədi ala bilməmişəm.

 

O, 1925-ci ildə İranda hakimiyyətə gələn Pəhləvi sülaləsinin türkləri asimilasiya etmək siyasəti yürütdüyünü və bu prosesin 1979-cu il inqilabından sonra yenə davam etdiyini bildirib.

 

Güney azərbaycanlı sənətçi müsahibəsində artırıb ki, “onlar yalnız bizim övladlarımıza ad seçməyimizə qarışmaqla kirayətlənmirlər. Bizim türkcə olan tarixi və coğrafi yer adlarımızı dəyişdirib farslaşdırırlar. Buna örnək kimi Ağçay-Sefidrud, savalan-Səbəlan, Qoşaçay-Miyandab, Pəlmə Yer-Por mehr və b. göstərmək olar.”

 

Görmə problemindən əziyyət çəkən Səccad Colani 1 oktyabr 2020-ci ildə Qarabağın azad edilməsi əməliyyatlarına dəstək aksiyalarına qatıldığı üçün həbs olunaraq işgəncələrə məruz qalmışdır. O, bir ay saxlanılandan sonra girov qarşılığında azadlığa buraxılıb.

 

İranın bütün əyalətlərinin “Vətəndaşlığın Qeydiyyatı İdar”ələrində dünyaya gələn uşaqlara qoyulacaq adlardan ibarət siyahı var. Valideynlər ancaq bu siyahıda olan adlardan birini övladlarına seçə bilərlər. Siyahıda az sayda türk adlarının olmasına baxmayaraq, başqa adların verilməsi üçün xüsusi komossiyanın icazəsi lazımdır.

C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15