SON XƏBƏRLƏR

Türkiyənin gündəmində olan əməliyyatı davam edir – Polislə ATIŞMA OLUB

2021.10.20, 07:36
Türkiyənin gündəmində olan əməliyyatı davam edir – Polislə ATIŞMA OLUB

Gunaz.tv

GünAz TV: Türkiyə ictimaiyyəti arasında "Adnan Hoca” kimi taninan Adnan Oktar və təşkilatına qarşı 4 vilayətdə 120 ünvanda həyata keçirilən əməliyyat davam edir.

 

Kandillidə bir villada keçirilən əməliyyatda 9 qadın saxlanılıb.

 

Əməliyyat zamanı eyni villada 13 kişi saxlanılıb. Saxlanılanlar İstanbul Təhlükəsizlik Müdirliyinə göndərilib.

 

Məlumata görə, villada əməliyyat zamanı iki nəfər polisə atəş açıb. Onları yalnız tapançalarındakı güllələrin qurtarmasından sonra saxlamaq mümkün olub.

 

Qeyd edək ki, Türkiyə ictimaiyyəti arasında "Adnan Hoca” kimi taninan Adnan Oktar və təşkilatına qarşı dünən genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat çərçivəsində "Kedicik”ləri kimi tanınan qadınlarla gündəmə gələn Adnan Oktar və daha 235 şübhəli saxlanılıb.

 

20-yə yaxın cinayətdə şübhəli bilinən Adnan Oktar haqqında çirkli pulların yuyulması ilə bağlı istintaq işi açılıb. Onun bütün əmlakı müsadirə edilib və şirkətlərinə qəyyum göndərilib. publika.az

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar