SON XƏBƏRLƏR

Türkiyənin Konstitusiya Məhkəməsi baş örtüyü ilə bağlı qərarına izahat verəcək – Məhkəmə rəsmisi

2021.10.20, 07:36
Türkiyənin Konstitusiya Məhkəməsi baş örtüyü ilə bağlı qərarına izahat verəcək – Məhkəmə rəsmisi

Gunaz.tv
Türkiyənin Konstitusiya Məhkəməsi baş örtüyü ilə bağlı qərarına izahat verəcək – Məhkəmə rəsmisi _turkey_constitution_court_110608.jpg Azərbaycan, Bakı, 10 iyun / Trend News , müxbir S.İlhamqızı/ Türkiyənin Konstitusiya Məhkəməsi qadınların dövlət və təhsil müəssisələrinə baş örtüyü ilə daxil olmasına şərait yaradan Konstitusiya dəyişikliyini ləğv etməsi qərarının səbəblərini yaxın günlərdə rəsmən açıqlayacaq. «Konstitusiya Məhkəməsi yaxın günlərdə rəsmi izahatını verəcək» - deyə Türkiyə Konstitusiya Məhkəməsinin Baş katibi Mehmet Oğuz Kaya Trend News–a bildirib. Türkiyənin Konstitusiya Məhkəməsi iyunun 6-da baş örtüyü qadağasının ləğvinə dair Konstitusiya dəyişikliyini qəbul etməyib və qadağanı qüvvədə saxlayıb. Böyük Millət Məclisində çoxluq təşkil edən hakim Ədalət və İnkişaf Partiyası bunu parlamentin qərarlarına müdaxilə kimi qiymətləndirib. « Qanun çıxarmaq səlahiyyəti Böyük Millət Məclisinə aiddir və Konstitusiya tərəfindən Məclisə verilmiş səlahiyyətləri heç kim onun əlindən ala bilməz» - deyə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı bildirib. Baş nazir Konstitusiya Məhkəməsindən öz qərarına dair rəsmi izahat verməyi, səbəblərini açıqlamasını tələb edib. Konstitusiya Məhkəməsinin nümayəndəsi bildirib ki, Baş nazir məhkəmənin qərarına dair öz fikirlərini, etirazını bildirə bilər: «Bu qərar Konstitusiya Məhkəməsi hakim heyəti tərəfindən verilib və sözsüz ki, səbəbləri də var. Yaxın günlərdə Məhkəmə tərəfindən izahat veriləcək» - deyə Kaya çərşənbə axşamı telefonla Ankaradan bildirib. O, rəsmi izahatın konkert hansı gün açıqlanacığını deməyib. Kaya Baş nazirin Konstitusiya Məhkəməsi ilə parlament arasında «səlahiyyət qarşıdurmasının» yaranması barədə fikirləri ilə razılaşmadığını da deyib. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar