SON XƏBƏRLƏR

Türkiyənin səndələyən siyasi sisteminin çöküşü yaxınlaşır.Dünya mətbuatı yeni həbsləri belə qiymətləndirir

2021.10.20, 07:36
Türkiyənin səndələyən siyasi sisteminin çöküşü yaxınlaşır.Dünya mətbuatı yeni həbsləri belə qiymətləndirir

Gunaz.tv
"Türkiyənin səndələyən siyasi sisteminin çöküşü yaxınlaşır" Dünya mətbuatı yeni həbsləri belə qiymətləndirir Türkiyədə terrorla mücadilə təşkilatının "Ergenekon" soruşdurması ilə əlaqədar Ankara, İstanbul, Trabzon, Antalyada həyata keçirdiyi əməliyyatlar gündəmin əsas mövzusuna çevrilib. Aralarında "Cümhuriyet" qəzetinin Ankara təmsilçisi Mustafa Balbayın da olduğu 21 nəfərin gözaltına alınması, AKP-nın keçmiş millət vəkili Turan Çönməz, əməkli tuğgeneral daxil olmaqla daha 3 nəfərin axtarılması AKP-nın bağlanması məsələsinin gündəmdə olduğu bir zamanda dünya mətbuatının da diqqətini cəlb edib. Səhər saat 07.00-da eyni zamanda başlanan əməliyyatlar nəticəsində Ankarada saxlanılan 7 nəfər təyyarə ilə İstanbula gətirilib. Təhlükəsizlik tədbirlərinin gücləndirildiyi təyyarədəki 7 nəfər həkim nəzarətindən keçdikdən sonra Əmniyyət Müdürlüyü binasına göndərilib. Antalyadan 3, Ərzurumdan 2, Trabzondan 1 nəfərin də təyyarə ilə İstanbula gətirildiyi xəbər verilib. Əməkli generallar Xurşid Tolon, Şener Əruyqurun gözaltına alınmasında heç bir problem yaranmaması üçün Əmniyyət Müdürlüyü Mərkəz Komutanlığından icazə alınıb. Dünya mətbuatında manşetə dönüşən xəbərlərdə "Ergenekon"un bu mərhələsi barədə fikirlər yer alıb. "CNN" xəbəri "hadisələr islami kökənli AKP ilə laik qurumlarına mənsub AKP müxalifləri arasındakı böyük və ciddi gərginliyi göz önünə sərdi" deyə yayımlayıb. "CNN"-in Amerika televiziyasının məlumatına görə, "Ergenekon" əməliyyatında yeni həbslər Türkiyədə siyasi gərginliyi yüksəldib. "The Guardian" qəzeti xəbəri "türk məhkəməsi iqtidar partiyasının bağlanma davasına baxmaq üzrəykən yeni həbslər" başlığı ilə dərc edib. Qəzetin fikrincə, yeni həbslər məhkəmənin önəmini düşürüb. Olayları "Türkiyənin səndələyən siyasi sisteminin çöküşü daha da yaxınlaşdırdığı" deyə təqdim edilən xəbərdə AKP ilə laiklik tərəfdarları arasında mücadilənin təhlükəli savaşa çevrildiyi vurğulanıb. "Financial Times" qəzetində xəbər "Türkiyənin uzun dönəmdəki istiqrarına qorxu yaratdı" şəklində yer alıb. "Daily Telegrarh" isə daha çox AKP-nin haqqındakı məhkəmə davasında baş verən son proseslərə diqqəti çəkib. Ümumilikdə isə dünya mətbuatı baş verən son olyaları iqtidar partiyası ilə laiklik tərəfdarları arasında qarşıdurmanın böyüməsi kimi təqdim edib. AKP-nın bağlanması barədə davanın sona çatdığının deyildiyi bir zamanda həyata keçirilən həbslər AKP-nin əks-hücumu kimi qiymətləndirilib. 20-dən çox insanın gözaltına alınmasına Türkiyənin piyada qüvvətləri komandiri, Ordu generalı İlkər Başbuğ münasibət bildirib. Ordu generalı baş nazir Ərdoğanın tələbi və Genelkurmay başqanı Ordu generalı Yaşar Böyükanıtın icazəsi ilə 24 iyunda keçirilən görüşlə "Ergenekon" soruşdurması arasında əlaqə axtaranların olduğunu bildirərək söylənilənlərin gerçək olmadığını bildirib. Onun sözlərinə görə, son görüşdə bu barədə heç bir müzakirə aparılmayıb: "Türkiyə olaraq çətin günlər yaşayırıq. Hamımız soyuqqanlı, məsuliyyəti və daha diqqətli olmaq məcburiyyətindəyik". ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar