SON XƏBƏRLƏR

Türklər animasiya filmində təhqir olunub – İranda / VİDEO

2021.10.20, 07:36
Türklər animasiya filmində təhqir olunub – İranda / VİDEO

Gunaz.tv

GünAz TV: İran televiziyalarında Azərbaycan türk millətinin təhqir edilməsinə davam etdirilir.

 

Əksər filmlərdə mənfi obrazın türk aktyorlar tərəfindən canlandırılması bu dəfə çizgi filmində müşahidə olunub.

 

“Puya” kanalında yayılmalan “Mədrəsə qəhrəmanları” animasiyasında yenə də mənfi rolun canlandırılması bir türkə tapşırılıb. Market sahibi kimi çıxış edən türk aktyor qəliz türk ləhcəsində danışır, o keyfiyyətsiz xarici mal satır və bir çox məhsulu müştərilərdən gizlədir.

 

Göründüyü kimi, bu irqçi dastanda oğru obrazını canlandıran yenə də türkdür.

 

Bu o halda baş verir ki, İranda ən çox xeyriyyəçi insanlara Güney Azərbaycanda rast gəlinir. Korrupsiya, oğurluq və maliyyə pozuntuları faktlarına isə ən çox əhalisi hökumətin yüksək vəzifələrində təmsil olunan İranın mərkəzi şəhərlərində rast gəlinir.

 

İran rejimi Güney Azərbaycan türklərinə qarşı apardığı asimilasyon siyasətinin tərkib hissə olaraq bütün kütləvi informasiya vasitələri, televiziya filmləri, son vaxtlarda isə daha çox uşaq verilişlərində türk ləhcəsi ilə danışan aktyorlara mənfi rol verərək Azərbaycan türk millətini aşağılayır. Belə hadisələr son illərdə dəfələrlə azərbaycanlıların kütləvi etiraz aksiyalarına səbəb olub, lakin təhqirlərin ardı kəsilmir.

 

https://www.youtube.com/watch?v=dJupMLWPP3U

 

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar