SON XƏBƏRLƏR

Türkmən jurnalist İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb

2021.10.20, 07:36
Türkmən jurnalist İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb

Gunaz.tv

GünAz TV: Türkmən jurnalist Aman Məhəmməd Xəcəmli İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.  

 

O evində axtarış aparıldıqdan sonra “Qonbəd Kavus”un prokurorluğuna aparılıb.

 

Türkmən jurnalistin “Qonbəd Kavus” məntəqəsində yerləşən “Hallı Axun” kəndində öz evində yaxalandığı bildirilir. Onun “yalan məlumat yaymaq” və “ictimaiyyəti təşvişə salmaq”da şübhəli bilindiyi qeyd olunub.

 

Bu barədə etibarlı mənbələr “Tuhra” agentliyinə məlumat verib: “Jurnalist saxlandıqdan sonra məhkəməyə aparılıb. 4-cü şöbənin hakimi (bazpors) iş yerində olmadığı üçün, onun nədə şübhəli bilindiyi 1-ci şöbənin rəisi tərəfindən açıqlanıb. O ailəsi və yaxınlarının israrı nəticəsində şənbə gününə qədər müvəqqəti olaraq zaminə buraxılıb.”

 

Aman Məhəmmədin məqalələri türkmən nəşriyyatı, o cümlədən “Səhra” həftəlik dərgisində dərc olunur. O ötən aylarda öz Teleqram səhifəsində din, cəmiyyət və siyasət mövzularında yazdığı bir neçə tənqidi məqalə paylaşıb. Junalist bu səbəbdən bir neçə dəfə Ettelaat İdarəsinə çağırılmışdır.

Aman Məhəmməd türkmənlərin qarşıdan gələn parlament seçkilərində iştirak etməsinə qarşıdır. Onun saxlanması bu mövqeyi ilə bağlı ola bilər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar