SON XƏBƏRLƏR

“Türkmən səhra” uşaqlarından zəlzələdən zərərçəkənlərə dəstək: “Sən çağırsan gələrəm mən – Sən yaşa Azərbaycan ...” – GÖRÜNTÜ

2021.10.20, 07:36
“Türkmən səhra” uşaqlarından zəlzələdən zərərçəkənlərə dəstək: “Sən çağırsan gələrəm mən – Sən yaşa Azərbaycan ...” – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: “Trükmən səhra”nın türk əhalisi “Ağ qala” və “Qonbəd Kavus” kimi şəhərlərdə soydaşlarımızdan yardım toplayaraq Şərqi Azərbaycanda baş verən zəlzələ bölgəsinə göndərirlər.


Əsasən türkmən mədəni fəallar tərəfindən toplanan yardımlar qızınmaq vasitələri və ərzaq məhsullarından obarətdir.


“Qonbəd Kavus”un məktəbliləri də zəlzələ bölgəsinə nağd pul və digər yardımlar göndərib. Onlar əllərində “Sən çağırsan gələrəm mən – Sən yaşa Azərbaycan , Eybi yoxdur ölərəm mən – Sən yaşa Azərbaycan” və “Azərbaycanlı uşaqlar sizləri sevirik” sözləri yazılmış kağızlar tutaraq təbii fəlakətdən zərərçəkən azərbaycanlılara dəstək nümayiş etdiriblər.

 

 

Zəlzələ bölgəsində soyuq hava şəraiti hökm sürür. Evləri dağılan ailələrin bir çox ehtiyacı var. Dövlət tərəfindən edilən yardımlar çox az olduğundan türkmən və güney azərbaycanlı fəallar problemi aradan qaldırmaq üçün hərəkətə keçib. Soydaşlarımızın təbii fəlakət bölgəsinə yardımlarının davam edəcəyi gözlənilir.

 

 

 

 

 

 

 


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar