GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Xersonda yüzlərlə insan itkin düşüb
İran Rusiyaya "Şahed" istehsalı zavodunun tikintisinə kömək edir
“Körpü” verilişində müzakirə: “İranda qadınların son vəziyyəti” və “İranda tutuqlanan Azərbaycan vətəndaşları” -VİDEO
Bu ölkə Moskvadakı səfirliyini bağlayır
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
İran iki yeni AES-in tikintisinə başlayıb
“İranla hər hansı bir razılaşma məcburiyyətində deyilik”- Netanyahu
"Qacarın yaratdığı fürsəti qaçırdıq"-İranlı sosioloq
İranda daha iki məhbus edam edildi
Türkiyə Kosovadakı NATO ordusuna rəhbərlik edəcək
GünAz TV: Şərqi Azərbaycanda baş verən dağıdıcı zəlzələnin ağır nəticələri bölgə əhalisi üçün böyük problemə çevrilib, dövlətin təbii fəlakət bölgəsinə vaxtı-vaxtında və yetəri qədər yardım etməməsi əhalinin kəskin etirazına səbəb olub.
Məlumata görə, Türkmənçay bölgəsində zəlzələdən zərərçəkənlər bazar günü günortadan sonra və axşam saatlarında Bəxşdari İdarəsinin (Şəhər İcra Hakimiyyətinə bağlı olan orqandır) önünə toplaşaraq Allahın ümidinə buraxıldıqlarını bildiriblər. Onlar gecələmək üçün çadır və qızınmaq vasitələrinin olmamasından şikayətlənib. Məlumata görə, zəlzələ bölgəsində soyuq hava şəraiti hökm sürür.
Qeyri-rəsmi mənbələr zəlzələ nəticəsində Miyana, Sarab, Türkmənçay və digər ətraf kəndlərdə ən azı 40 nəfərin öldüyünü və yüzlərlə insanın xəsarət aldığını bildirir.
“Məsullar bahalı maşınlarla gəlir, lakin heç bir iş görmürlər. Hələ də bölgəyə yetəri qədər yardım çatmayıb. Edilən yardımlar da vaxtı-vaxtında olmayıb. Əgər bölgədə xəstəxana və tibbi mərkəzlər olsaydı, kimsə həlak olmazdı. Zəlzələdən zərərçəkənlər arasında çox sayda xəstələr var. Onlar müalicə olunmalıdır, lakin məsullar bunun üçün heçnə etmir. 12 yaşlı qız tibbi mərkəz olmadığından xəstəxanaya aparıldığı zaman həyatını itirib.
Evlərimiz zəlzələyə davamlı deyil. Təbii fəlakət ən çox palçıqdan olan evləri dağıdıb. İmkanımız olmadığı üçün evlərimiz zəlzələyə qarşı davamsızdır.”- deyə təbii fəlakətdən zərərçəkənlər bildirib.
Məlumata görə, zəlzələ nəticəsində tələf olan mal-qara hələ də dağıntılar altından çıxarılmayıb, bölgədə təhlükəli xəstəliklərin yayılma ehtimalı var.
Bu arada Miyananın İran parlamentindəki millət vəkili Fərdin Fərmənd hökuməti zəlzələ bölgəsi ilə bağlı tədbir almağa çağırıb. “Miyananın Qızıl Aypara Cəmiyyətinə dəfələrlə müraciət etdim. Belə başa düşdüm ki, Qızıl Aypara Cəmiyyətinin anbarı boşdor, onun bu hadisəyə heç bir hazırlığı yoxdur. Bu istiqamətdə tədbirlər alınmalıdır. Ümid edirəm ki, selfi çəkən məsullar verdikləri vədləri yerinə yetirəcək.”- deyə o vurğulayıb.
N.S
“İranla hər hansı bir razılaşma məcburiyyətində deyilik”- Netanyahu
Oğluna Huntay adı qoymuş culfalı ana 5 ildir sənəd ala bilmir
Urmu sərhəd alayının zabiti öldürüldü
"Amerika ilə İran arasında hər hansı razılaşma yoxdur"-Con Kirbi
İsfahanın tarixi məscidləri çatlayır
ABŞ Ukraynaya 2 milayrdlıq silah verəcək
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə telefonla danışıb
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Rusiyaya çağırış edib
Güneyli fəal elektron qandalla sərbəst buraxıldı
İran prezidenti Təbrizə səfər edib
“Yeni nazir Ərdoğanın varisi ola bilər”-Politoloq
“Azərbaycan güneydəki soydaşlarımıza praktiki dəstəyi reallaşdıra bilər”-Politoloq
İranda rəzalət: Bəhailər ölülərini dəfn edə bilmir
“Parlaq gələcək”: “Azərbaycan-İraq əlaqələri necə olacaq” və “İran rejiminin Güney Azərbaycana hərtərəfli düşmənçiliyi” - VİDEO
“Dəyirmi masa”da müzakirə: “Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir”- VİDEO
Ərdəbildə Əkbər Azadla milli fəalların görüşü olub
“Sözümüz” verilişində müzakirə: “İran rejiminin Güney Azərbaycana qarşı basqıları”-VİDEO
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub
İran prezidentinin Təbrizə səfəri planlaşdırılır
İran prezidenti Təbrizə səfər edib