SON XƏBƏRLƏR

Türkmənistan-Azərbaycan biznes-forumu keçiriləcək

2021.10.20, 07:36
Türkmənistan-Azərbaycan biznes-forumu keçiriləcək

Gunaz.tv
Türkmənistan-Azərbaycan biznes-forumu keçiriləcək Bu il iyun ayının 16-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Aşqabadda Türkmənistan-Azərbaycan bines-forumu keçiriləcək. "APA-Economics"in məlumatına görə, bunu "Azpromo"nun prezidenti Emil Məcidov bildirib. E.Məcidovun sözlərinə görə,biznes-forumda Azərbaycanı 25-dək şirkət təmsil edəcək: "Forumda əsasən tikinti, infrastruktur, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərən şirkətlərimiz iştirak edəcək". Tədbir çərçivəsində Azərbaycan və Türkmənistan iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub. ---------------------------------------------------------------------------- Pakistanda vəkillər yenidən yürüş keçirib Pakistanın paytaxtı İslamabadda təhlükəsizlik tədbirləri gücləndirilib. Səbəb isə vəkillərin İslamabada yürüş təşkil edərək, prezident Pərviz Müşərrəfin ötən ilin payızında vəzifədən azad etdiyi hakimlərin geri bərpa edilmələrini tələb etməsidir. Vəkillərin yürüşü İslamabadda parlament binası qarşısında oturaq aksiya ilə davam etməlidir. Bu isə öz növbəsində Pərviz Müşərrəfə istefa çağırışlarının güclənməsinə gətirib çıxara bilər. Yürüş iştirakçılarının qarşısını almaq üçün ali qanunverici binaya aparan yollarda yük konteynerləri yerləşdirilib. Vəkillərin aksiyası əvvəlcədən hökumətin müvafiq qurumları ilə razılaşdırıldığından, bu hərəkət təxribat kimi dəyərləndirilib. Qeyd edək ki, son nümayişlər həmçinin eyni koalisiyada yer alan keçmiş baş nazir Nəvaz Şərifin rəhbərlik etdiyi partiya ilə qətlə yetirilmiş Bənazir Bhuttonun həyat yoldaşı Asif əli Zərdarinin partiyası arasında münasibətiləri də gərginləşdirir. Bildirilir ki, Nəvaz Şərif bu gün Londondan Pakistana dönərək aksiyalara qatılmağı planlaşdırıb. Hər iki partiya Pərviz Müşərrəfin ötən il Ali məhkəmədən uzaqlaşdırdığı hakimlərin vəziflərinə bərpa olunmalarını istədiyini bəyan edib. Bununla yanaşı, bu siyasi qüvvələr arasında hakimlərin geri bərpa edilməsi mexanizmi ilə bağlı fikir ayrılığı mövcuddur. Nəvaz Şərif hakimlərin dərhal postlarına qaytarılmasını tələb etdiyi halda, Asif Əli Zərdarinin partiyası bunun konstitusiyaya dəyişikliklər vasitəsilə həyata keçirilməsinin tərəfdarıdır. Eyni zamanda bu partiyalar Pərviz Müşərrəfə qarşı da vahid mövqe formalaşdıra bilmirlər. Nəvaz Şərif onun impiçment vasitəsilə vəzifədən uzaqlaşdırılmasını və xəyanətdə ittihamı ilə məhkəmə qarşısında dayanmasını istəyir. Asif Əli Zərdari isə daha yumşaq mövqedən çıxış edir ANS-PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar