SON XƏBƏRLƏR

Türkmənistanda 5 min illik nəhəng məzar aşkarlanıb, məzarın Alp Ər Tunqaya aid olduğu güman edilir

2021.10.20, 07:36
Türkmənistanda 5 min illik nəhəng məzar aşkarlanıb, məzarın Alp Ər Tunqaya aid olduğu güman edilir

Gunaz.tv

GünAz TV: Türkmənistanın antik (bastani) şəhəri Mərvdə arxeoloji (bastanşünaslıq) qazıntılar davam edir.

Şəhərin ilk qurulduğu bölgə olan Marquşdakı qazıntılarda 5 min illik bir məzar tapılıb.

Geniş bir sahəni tutan məzarın əşyaları ilə birlikdə dəfn edilən bir Xaqana aid olduğu düşünülür. Məzarın içində zinət əşyalarından at arabasına qədər çox sayda əşya tapılıb.

Məzardakı zənginlik və tapılan əşyaların vəziyyəti arxeoloqları (bastanşünasları) belə heyrətləndirir. Qəbirdə Xaqana aid şəxsi əşyalarla yanaşı, çox sayda heyvan skleti də var.

Arxeoloq Məhəmməd Beqliyev 10 kral (padşah) məzarı tapdıqlarını, ən maraqlısı olduğu üçün də bu məzarı bərpa etdiklərini bildirib.

Kaşqarlı Mahmud Məzarın tapıldığı Marquşu Alp Ər Tunqanın qurduğunu yazır. Bu səbəbdən məzarın Alp Ər Tunqaya aid olduğu güman edilir. TRT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar