“Twitter” qolf meydançasında Trampa qarşı terrora çağırış edən Xamneyinin hesabını bağlayıb - FOTOLAR

2021-01-23 12:52

“Twitter” sosial şəbəkəsi İranın “dini lider”i axund Əli Xamneyinin ingilisdilli hesabını bağlayıb.

Gunaz.tv Quote | Gunaz article

Hesabın bağlanmasına səbəb, Əli Xamneyinin ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı terror aktına çağırışı ilə bağlı paylaşım etməsi olub.


Yanvarın 21-i axşam saatlarında Xamneyinin “Twitter” hesabında Qolf meydançasında qolf oynamaqda olan ABŞ-ın keçmiş prezidenti Donald Trampın və çəmənlər üzərində pilotsuz uçan bir aparatın kölgəsini əks etdirən bir şəkil yayılıb. Şəkildə isə, Trampın başı üzərində uçan pilotsuz aparat tərəfindən hədəfə alındığına eyham vurulur.


Şəkilin üstündə isə “Sepah”ın “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymaninin öldürülməsinə toxunularaq Xamneyinin “İntiqam qaçılmazdır” adlı tviti yayılıb. 


Tvitdə deyilir: “İntiqam qəti və qaçılmazdır. Süleymaninin qatili və onun qətlinə fərman verən şəxs qisas olunmalıdır. Baxmayaraq ki, Süleymaninin ayağına geydiyi ayaqqabısı da onun qatilinin başından daha şərəflidir, lakin hər halda bir qələtdir ediblər və bu əmələ görə qisas olunmalıdırlar. Həm qətlə fərman verən şəxs, həm də qatil bilməlidirlər ki, onlar istənilən zamanda qisas olunacaqlar”, -deyə, Əli Xamneyinin “Twitter” hesabında etdiyi paylaşımında bildirilir.

توییت خامنه‌ای در مورد "ترور" ترامپ در زمین گلف + خبر تکمیلی - Gooya News 

Xamneyinin tvitinin yayılmasından az sonra yanvarın 22-də “Twitter” sosial şəbəkəsi İranın “dini lider”inin ingilisdilli hesabını müvəqqəti olaraq bağlamaq qərarına gəlib. 


Bildirilir ki, İran liderinin “Twitter”dəki ingilisdilli hesabı müvəqqəti olaraq bağlansa da, onun fars, fransız və ərəb dillərində olan hesabları fəaliyyətini hələ də davam etdirir.


Xatırladaq ki, 2020-ci il, yanvarın 2-dən 3-nə keçən gecə Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymani Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumuna məruz qalaraq öldürülüb. 

تصاویر سردار سرافراز اسلام حاج قاسم سلیمانی

Qasım Süleymani


Hücum nəticəsində, Qasım Süleymani ilə yanaşı, Həşdəş-Şəbi terror şiə qruplaşması başçısının müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və “Sepah”ın daha bir neçə komandiri məhv edilib.


Son illər Suriyada baş verən vətəndaş müharibəsində 500 minə yaxın suriyalının və İranda hakimiyyətə qarşı keçirilən dinc etirazlarda minlərlə günahsız aksiyaçının qəddarcasına öldürülməsində birbaşa əli olan və daha çox “uşaq qatili” kimi tanınan məşhur terrorçu Qasım Süleymanini zərərsizləşdirmək əməliyyatı Amerikanın keçmiş prezidenti Donald Rampın birbaşa əmri və göstərişi ilə gerçəkləşdirilib. 

علی خامنه‌ای و هم‌قطارانش – DREAMLAND TV – تلویزیون جهانی دریم لند اولین  تلویزیون پارسی در استرالیا و نیوزلند

Həmin vaxtdan başlayaraq, Xamneyi və İranın digər yüksək vəzifəli şəxsləri vaxtaşırı rəsmi tribunalardakı çıxışlarında gec-tez Qasım Süleymaninin intiqamını Amerikadan və Trampdan alacaqlarını bildirir, bununla bağlı terrora çağırışlar edirlər.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV March.04.2021 : “Çin 21-ci əsirin ən böyük geopolitik imtahanıdır. Açıqlama Amrika Birləşmiş Ştatlarının Dövlət Katibindəndir”

2021-03-04

gun az article

Azərbaycanla Türkiyə yenidən birgə hərbi təlimlər KEÇİRƏCƏK - FOTOLAR

2021-03-04

gun az article

Azərbaycan Ordusunda ciddi islahat aparılır - Türkiyə modeli əsas götürüldü

2021-03-04

gun az article

İranın Hormozqan əyalətində sərnişin avtobusu yük maşını ilə toqquşub. 6 nəfər ölüb, 31 nəfər xəsarət alıb

2021-03-04

gun az article

Səid Xətibzadə İranın nüvə sazişi əsasında üzərinə götürdüyü öhdəliklərin icrasına qayıtması üçün şərtini açıqlayıb

2021-03-04

gun az article

İranda koronavirusdan daha 78 nəfər ölüb, 8 404 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-03-04

gun az article

Vandi Şerman: “Regionun geosiyasi durumu dəyişib. Amerika nüvə sazişindən daha möhkəm bir razılaşmanın tərəfdarıdır”

2021-03-04

gun az article

Ağ Evin sözçüsü: “Eynül-Əsəd hərbi bazasına edilən hücuma tələsik reaksiya verməyəcəyik”

2021-03-04

gun az article

İran hökuməti Bəluçistanda ən azı 23 nəfəri öldürüb

2021-03-04

gun az article

Rusiya Müdafiə Nazirliyindən Qarabağla bağlı son AÇIQLAMA

2021-03-04

gun az article

Ermənistanda vətəndaş müharibəsi BAŞLAYA BİLƏR - VİDEO

2021-03-04

gun az article

Azərbaycan vətəndaşlarının İrana giriş şərtləri açıqlandı

2021-03-04

gun az article

Martın 8-də Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

2021-03-04

gun az article

Türkiyə ilə İran arasında gərginlik artmaqdadır

2021-03-04

gun az article

Azərbaycan Prezidenti: “Pakistanla birgə hərbi təlimlərin vaxtı çatıb”

2021-03-04

gun az article

İraqda raket hücumunda ABŞ mülki kontraktoru öldürülüb

2021-03-04

gun az article

GünazTV March.03.2021 : “Mayda Birləşmiş Ştatlarda bütün Amerikalılara yetəcək qədər vaksin olacaq”

2021-03-03

gun az article

GünazTV March.03.2021 : “Amerika düşünür ki, İran Yəmən konfiliktinə alov vurur”

2021-03-03

gun az article

Yoluxma azaldı, ölüm sayı artdı

2021-03-03

gun az article

Zəngilan rayonunun Beşdəli kəndindən görüntülər - Fotolar + VİDEO

2021-03-03