SON XƏBƏRLƏR

Şuşada “Qarabağ atları” sərgisi açılıb

2022.04.28, 16:46
Şuşada “Qarabağ atları” sərgisi açılıb

Gunaz.tv

Açılış mərasimində Azərbaycana rəsmi səfər edən Latviya baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks də iştirak edib.

“Nəinki Şuşada, həm də bu sərgidə olmağıma şadam. At dostluğun, azadlığın, müdrikliyin rəmzidir. Bu sərgi də Azərbaycanın Şuşaya qayıdışını, bu yerlərdə sülh və sabitliyin bərqərar olmasını göstərən əlamətdar hadisədir. Burada irimiqyaslı bərpa işlərinə də şahid oldum” – deyə Latviya rəsmisi qeyd edib.

Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa deyib: “Bu gün latviyalı rəssam Daçe Strausanın məşhur olan Qarabağ atlarına həsr olunmuş sərgisini bir yerdə açırıq”.

Rəssamın özü də uzun vaxtdır Qarabağ haqqında düşündüyünü, buraya səfər etmək istədiyini deyib:

“Burada olmağıma çox şadam. Qarabağ atlarının möhtəşəmliyini göstərmək üçün onları bundan sonra da çəkəcəyəm. Bu at cinsinin mövcudluğu faktı da göstərir ki, Qarabağ Azərbaycandır!” (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar