SON XƏBƏRLƏR

Muğan-Xiyav avtomobil yolunun tamamlanmasına büdcə ayrılmır

2021.12.30, 14:54
Muğan-Xiyav avtomobil yolunun tamamlanmasına büdcə ayrılmır

Gunaz.tv

Parsabad-Xiyav yolunun tamamlanması üçün vəsait ayrılmır və Ərdəbil əyalətinin ən vacib layihələrindən olan yolun tikintisi yarımçıq qalıb.

Ərdəbil əyalətinin Yol və Şəhərsalma İdarəsinin müdiri Məhbub Heydəri mediaya verdiyi açıqlamada əyalətin ən gediş-gəlişli yolu olaraq bu layihənin onlar üçün prioritet olduğunu. ancaq işin tamamlanması üçün 1000 milyard tümən büdcə çatışmazlığı yaşadıqlarını deyib.

Heydəri hal-hazırda yolunun bir hissəsinin tikintisində iştirak edən podratçı şirkətlərə 38 milyard tümən borclu olduqlarını və bunu ödəmək imkanına malik olmadıqlarını açıqlayıb.

Yol və şəhərsalma İdarəsinin rəhbəri Ərdəbil əyalətində illik 60 kilometr avtomobil yolu inşa etməyi planlaşdırdıqlarını deyib.

Qeyd edək ki, Parsabad-Xiyav yolu uzun illərdir yarımçıq qalıb və ara-sıra tikinti işlərinin başlamasına baxmayaraq, vəsait çatışmazlığı ucbatından işlər yenidən dayandırılır.

Ərdəbil əyalətində baş verən yol və avtomobil qəzalarında ölüm hallarının 70%-dən çoxu adı çəkilən yolda qeydə alınır. Bu səbəbdən bu yol əhali arasında “ölüm yolu” adlandırılıb.

C.E  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar