SON XƏBƏRLƏR

Muğanda media fəalı peşə fəalliyyətinə görə saxlanılıb

2022.08.29, 06:28
Muğanda media fəalı peşə fəalliyyətinə görə saxlanılıb

Gunaz.tv

Ətabək Sepehri özünün sosial media hesabında su qıtlığı və suyun uzun fasilələrlə verilməsi nəticəsində yerli əhalinin günlərlə içməli su tapmadığını yazıb.

O, etdiyi paylaşımlarda su qıtlığı üzündən kənd təsərrüfatının iflic olduğunu bildirib.

"Kənd Təsərrüfatı Araşdırmaları İdarəsinin mühafizə bölməsinin əməkdaşları məni bir saat dindiriblər. Fotoaparatı araşdırıb və sənin bu məsələni ictimailəşdirməyə haqqın yoxdur deyə təhdid ediblər.

Bu gün Oltanda idi və bu gün Oltan Kərbəladır"-güneyli fəal Ətabək Sepehri instaqramda belə yazıb.

Qeyd edək ki, Ətabək Sepehri bundan öncə mədəni və media fəaliyyətlərinə görə, dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar