SON XƏBƏRLƏR

Bu gün yağış, qar yağacaq, güclü külək davam edəcək

2021.11.16, 09:05
Bu gün yağış, qar yağacaq, güclü külək davam edəcək

Gunaz.tv

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, qar örtüyünün hündürlüyü dağlıq ərazilərdə 8 sm-ə çatıb: “Güclü şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti bəzi rayonlarda 24-28, Bakıda və Abşeron yarımadasında isə arabir 30-35 m/s-dək güclənib. Güclü külək nəticəsində Neft Daşlarında dalğanın hündürlüyü 4,5 metrə çatıb.

Bakıda güclü küləkli hava şəraiti bu gün də davam edəcək, arabir yağıntılı olacaq. Havanın temperaturu günorta saatlarında 7 dərəcəyədək isti olacaq.

Bölgələrdə də küləkli, yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var”.

G.Məmmədova bildirib ki, noyabrın 17-si səhər saatlarından bölgələrdə, eləcə də Bakıda hava şəraitinin sabitləşəcəyi və əsasən yağmursuz keçəcəyi gözlənilir: “Mülayim cənub-şərq küləyi əsəcək”. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar