SON XƏBƏRLƏR

"Bu qələbə Azərbaycanı regional və qlobal proseslərdə söz sahibinə çevirdi”-GAMAC Zəfər günü ilə bağlı bəyanat verdi

2022.11.07, 20:25
"Bu qələbə Azərbaycanı regional və qlobal proseslərdə söz sahibinə çevirdi”-GAMAC Zəfər günü ilə bağlı bəyanat verdi

Gunaz.tv

”Noyabr ayının 8-də 2020-ci il tarixdə 29 il işğaldan sonra qəhrəman Azərbaycan ordusu Şuşa şəhərini erməni işğalından azad etməklə Azərbaycan tarixinə şərəfli bir gün yazdı. Qarabağın döyünən ürəyi, musiqi və incəsənət beşiyi olan Şuşanın azad olunması ilə Azərbaycan öz dövlət sərhədlərinin təmamilə bərpa edilməsi sürəcinə girmiş oldu.

Məhz Şuşa qələbəsindən sonrakı mərhələdə diplomatik danışıqlarla erməni işğalçıları Laçın, Kəlbəcər və Ağdam bölgələrindən qeyri-şərtsiz çıxarıldılar. 

44 günlük ikinci Vətən müharibəsində Şuşa ilə bərabər Azərbaycanın digər strateji əhəmiyyətli yaşayış bölgələri də işğaldan azad edildi. Azad olunmuş ərazilərimizdə yenidən dalğalanan Azərbaycanın dövlət bayrağı millətimizə qürur hissi yaşatmaqla yanaşı, Azərbaycanı regional və qlobal proseslərdə söz sahibinə çevirdi”. 

CAMAC bəyan edib ki, bu sürəcdə Türkiyə dövlətinin mənəvi və hərbi dəstəyini yanına alan Azərbaycan dövləti həm də bunu sübut etdi ki, türk dövlətlərinin birlikdə əməkdaşlıq ideyası gerçək əsaslara dayanır.

”2021-ci il iyunun 15-də Şuşa şəhərində Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətləri haqqında imzalanmış Şüşa Bəyannaməsi bunun sübutudur.

44 günlük savaş sürəcində və ondan sonrakı proseslərdə İran fars rejiminin Azərbaycan dövlətinə qarşı ermənipərəst mövqeyinin qarşısında Güney Azərbaycanda yaşayan çoxmilyonlu Azərbaycan Türklərinin dirənişi, Azərbaycan dövləti və ordusuna verdiyi mənəvi dəstək, taleyin hökmü ilə coğrafi anlamda 200 illik parçalanmaya məruz qalmış bir millətin əslində vahid milli birlik ideyası ilə Bütöv Azərbaycana doğru irəlilədiyini göstərdi. 

8nLG5Aa.png

Məhz bu doğrultuda Güney Azərbaycanda yaşayan azərbaycan türkləri Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2022-ci il tarixdə Azərbaycanın dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxmilyonlu azərbaycanlılara verdiyi tarixi mesajı Güney Azərbaycanda daha bir tarixi zəfər gününə çağırış olaraq qəbul edir”-bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, 8 noyabr Zəfər günü güneyli və quzeyli bütün azərbaycanlılar üçün mədəniyyət beşiyi Şüşanın azad olunduğu gün, bu zəfər tariximizi gerçəkləşdirən şəhidlərimizin ruhu, qazilərimizin və müzəffər Azərbaycan ordusu qarşısında sayğı duruşu günüdür:

”Biz GAMAC olaraq, Zəfər günü münasibətilə ilə həm savaş, həm də siyasət meydanda cəsarət və müdriklik göstərən Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla, bütün dünya azərbaycanlılarını, Azərbaycanın müzəffər Ordusunu, qəhrəman qazılərimizi təbrik edir, bu tarixi gündə şəhidlərimizi sayğı ilə anır və onların qəhrəmanlığını alqışlayırıq”. 

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar