SON XƏBƏRLƏR

Su üsyanına dəstək aksiyasına qatılan təbrizli fəal məhkəməyə çağırılıb

2021.10.20, 12:36
Su üsyanına dəstək aksiyasına qatılan təbrizli fəal məhkəməyə çağırılıb

Gunaz.tv

Məhkəmənin elektron sistemi vasitəsilə göndərilən bildirişdə Şahin Bərzgərdən noyabrın 1-də, yerli vaxtla saat 09:00-da Təbrizin Cəza Məhkəməsinin 111-ci bölməsində olması tələb edilib.

Şahin Bərzgər 2019-cu ilin noyabbr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda başqa milli fəallarla birlikdə Təbrizdə saxlanılıb.

Milli fəal təxminən 100 gün İranın təhlükəsizlik təşkilatının həbsxanasında saxlandıqdan sonra fevralın 24-də 600 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Ötən ilin avqust ayında Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 28-ci şöbəsinin qərarı ilə 12 ay həbs cəzasına məhkum edilən milli fəalın cəzası 3 aya azaldılıb və həmin cəza 3 milyon tümən nağd cərimə ilə əvəz edilib.

Bununla yanaşı daha əvvəl Təbriz Cinayət Məhkəməsinin 112-ci şöbəsi Bərzgərə “ictimai asayişi pozmaq” ittihamından bəraət verib.

Şahin Bərzgər bundan əvvəl də azərbaycanlıların demokratik və milli-hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və rejim tərəfindən müxtəlif basqılara məruz qalıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar