SON XƏBƏRLƏR

Fuad Nağıyev: “2025-ci ilə qədər Qarabağa bir milyon turist səfər edəcək”

2022.11.24, 13:07
Fuad Nağıyev: “2025-ci ilə qədər Qarabağa bir milyon turist səfər edəcək”

Gunaz.tv

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

“Hazırda Agentlik həmin ərazilərdə bir neçə layihə həyata keçirir. Hadrut, Tuğ, Daşaltı, Suqovuşan və Şahbulaqda turizm komplekslərinin tikintisi üçün işlər həyata keçirilir. 

Ümumilikdə regionun turizm potensialı dəyərləndirilir və turizm məhsulları yaradılır. Əlbəttə, həmin ərazilərdə ilk növbədə minalardan təmizlənmə, infrastrukturun qurulması işləri görülməli, əhali oraya qaytarılmalıdır.

Düşünürük ki, yaxın 2 il ərzində işğaldan azad edilmiş ərazilər dünya turizmi üçün açılacaq və biz orada qonaqları qəbul edə biləcəyik”, - o qeyd edib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar