SON XƏBƏRLƏR

Xudafərində işdən qovulma və ixtisar halları kəskin artıb

2022.07.07, 09:13
Xudafərində işdən qovulma və ixtisar halları kəskin artıb

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan əyalətinin Xudafərin şəhərinin başçısı Əliəkbər Nekunam Gənclərlə İşin Təşkili Qərargahının toplantısında çıxışı zamanı bildirib.

O, bunun bölgədə işsizlik sayının və başqa bölgələrə köçün artmasına səbəb olduğu üçün əlaqədar qurumların problemin həllinə görə vəsait ayrımalarını istəyib.

Qeyd edək ki, bir müddət bundan öncə oar problemlə bağlı Şərqi Azərbaycan İdman və Gənclər Baş İdarəsinin gənclər və mədəniyyət işləri üzrə müavini Əmir Tağızadə də açıqlama verib.

O, aparılan sorğulara əsaslanaraq əyalət gənclərinin əksəriyyətinin işsizlik və iqtisadi durumun ağır olmasından gileyləndiklərini deyib.

“2200 azərbaycanlı gənc arasında keçirdiyimiz sorğunun nəticələrinə görə, gənclərin 69.5%-i əsas qayğılarının iqtisadi problemlər və maliyyə çatışmazlıqları olduğunu deyiblər”-deyə, Tağzadə bildirib. 

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar