SON XƏBƏRLƏR

Səudiyyə şahzadəsi: “İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün göstərilən beynəlxalq səyləri dəstəkləyirik”

2021.12.18, 13:27
Səudiyyə şahzadəsi: “İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün  göstərilən beynəlxalq səyləri dəstəkləyirik”

Gunaz.tv

O deyib ki, regionda sülh və təhlükəsizliyin təmin olunması üçün İranın nüvə proqramı ilə bağlı yaranmış böhran həll edilməlidir.

“Ər-Riyada dünya güclərinin İranla Vyanada apardığı danışıqları diqqətlə izləyir və İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün göstərilən bütün beynəlxalq səylərə dəstək verir.

Biz həmçinin dünya birliyindən istəyirik ki, İranın nüvə proqramının mahiyyətini müəyyənləşdirmək və onun dinc xarakter daşımasından əmin olmaq üçün Beynəlxalq Atom Enerjisi Təçkilatına yardım etsinlər. 

Hesab edirik ki, 2015-ci ildə imzalanmış nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmaq və digər beynəlxalq öhdəliklərin icrasını dayandırmaq İranın xeyrinə deyil”, -deyə Səudiyyə

Krallığının Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi şahzadə Abdulla Bin Xalid Bin Sultan mediaya açıqlamasında bəyan edib. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar