SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya SEPAH-ın Sənadakı gizli mərkəzinə hücum edib

2021.11.30, 16:39
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya SEPAH-ın Sənadakı gizli mərkəzinə hücum edib

Gunaz.tv

Bu barədə beynəlxalq hərbi koalisiya noyabrın 30-da məlumat yayıb. 

Yəmən Dövlət Televiziyasının bununla bağlı yaydığı xəbərdə bildirilir ki, hava zərbələri nəticəsində SEPAH-ın gizli hərbi mərkəzi hədəfə alınaraq məhv edilib.

Yəməndəki husilərə məxsus “Əl-Məsirə” telekanalı isə hava hücumu ilə bağlı yaydığı məlumatda Səna hava limanının və bir parkın üç mərhələdə hədəfə alındığını iddia edib.

Bildirilir ki, SEPAH-ın gizli hərbi obyektinə qarşı hava hücumu noyabrın 29-da gerçəkləşdirilib. Hücumun detalları açıqlanmayıb.

Hava zərbələri nəticəsində ölənlərin olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb. 

Qeyd edilir ki, Yəməndə baş verən olaylar və silahlı qarşıdumalar İranla Səudiyyə Ərəbistanının bir-birinə qarşı apardığı təmsilçi savaşın davamıdır.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar