SON XƏBƏRLƏR

"İran regionda sabitliyi pozan siyasətlərinə son qoymalıdır"- İki ərəb dövləti bəyanat verdi

2022.06.22, 06:02
"İran regionda sabitliyi pozan siyasətlərinə son qoymalıdır"- İki ərəb dövləti bəyanat verdi

Gunaz.tv

İyunun 21-də yayılan birgə bəyanatda Ər-Riyad və Qahirə arasında regional məsələlərdə əməkdaşlığı vurğulanıb. İki ərəb dövləti İranı regional sabitliyi pozan fəaliyyətlərinə son qoymağa çağırıblar.

Məhəmməd bin Salmanın Qahirəyə səfərinin sonunda verilən bəyanatda deyilir ki, Misir prezidenti və Səudiyyə Ərəbistanının vəliəhdi nüvə və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması üçün beynəlxalq səylərə dəstək çərçivəsində İranın nüvə silahına sahib olmasının qarşısını almaq, Yaxın Şərqin bu silahlardan təmizlənməsi barədə razılaşıblar.

Əbdülfəttah əs-Sisi və Məhəmməd bin Salman İranı bölgədəki ərəb ölkələrinin daxili işlərinə müdaxiləsinə, silahlı qruplaşmalara dəstək kimi sabitliyi pozan fəaliyyətlərinə son qoymağa, naviqasiya və beynəlxalq ticarət xətlərini təhdid etməkdən çəkinməyə çağırıblar.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar