SON XƏBƏRLƏR

Tikantəpə məktəbliləri internet xidmətindən məhrumdur-FOTO

2021.11.22, 11:24
Tikantəpə məktəbliləri internet xidmətindən məhrumdur-FOTO

Gunaz.tv

Bölgənin 160 ailəlik Babanəzər kəndinin şagirdləri internet xidmətindən istifadə edə bilmək üçün soyuq və qarçı havada kənd ətrafındakı təpələri qalxıb və onlin təhsil almaq məcburiyyətindədirlər.

“İki ildir pandemiya məhdudiyyətlərinə görə, şagirdlər onlayn təhsil almağa məcbur olsalar da, bölgədə internet xidməti olmadığı üçün onlar bu imkandan istifadə edə bilmirlər.

Bu müddət ərzində müxtəlif qurumlara etdikləri müraciətlər cavabsız qalıb və məsullar tədbir görmürlər”-deyə, Babanəzər kəndinin sakinləri bildiriblər.
Qeyd edək ki, Zərşuran və Ağdərə qızıl mədənləri Qərbi AzərbaycanınTikantəpə bölgəsində yerləşir.

Tikantəpə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir.

Lakin İran rejiminin ayrı-seçkilik siyasətləri nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil.

Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir.

Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.

C.E

 

content_image_1637486569.jpg

content_image_1637486584.jpg

content_image_1637486598.jpg


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar