SON XƏBƏRLƏR

Ukrayna prezidenti: “İran təyyarə qurbanlarının ailələrinə verdiyi kompensasiya məbləğini artırmalıdır”

2021.10.20, 07:36
Ukrayna prezidenti: “İran təyyarə qurbanlarının ailələrinə verdiyi kompensasiya məbləğini artırmalıdır”

Gunaz.tv

GünazTV: Ukrayna prezidenti Vladimir Zelenski fevralın 2-də bu ökənin “1+1” telekanalına açıqlamasında İran rejiminin Tehranda iki raketlə vurduğu sərnişin təyyarəsi qurbanlarının ailələrinə verdiyi kompensasiyanın kifayət etməməsindən danışıb.

 

O deyib ki, Ukrayna hökuməti təyyarə qurbanlarının ailələrinə ödənilən kompensasiya məbləğini artırmaq üçün İran rejiminə təzyiqini davam etdirəcək: “Biz, sərnişin təyyarəsinin süqutunda həyatını itərənlərin ailələrinə verilən kompensasiya miqdarından razı deyilik. Hesab edirik ki, İran hökuməti kompensasiyanın məbləği artırmalıdır.

 

İran hökuməti vurulan təyyarədə həyatını itirənlərin hər birinin ailəsinə 80 min dollar ödəyib. Lakin bu məbləğ çox azdır və biz kompensasiya məbləğinin artırılması üçün rəsmi Tehrana  təzyiq göstərəcəyik.

 

Bundan başqa, biz hələ də İrandan təyyarənin qara qutularını təhvil verməsini gözləyir, buna təkid edirik” -deyə, Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib.

 

 

Xatırladaq ki, yanvarın 8-i sübh saat 06:00-da Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus "Boeing 737" sərnişin təyyarəsi göyə qalxdıqdan bir neçə dəqiqə sonra “Sepah”ın atdığı 2 raketlə vurulub. Hadisə nəticəsində 11-i Ukrayna vətəndaşı olmaqla, ekipaj heyəti üzvləri ilə birlikdə 176 nəfər həyatını itirib. Təyyarədə ölənlərin 147 nəfəri İran vətəndaşları olub. Onlardan isə 63-ü həm İran, həm də Kanada vətəndaşları olublar. Qurbanlar arasında digər ölkələrin də vətəndaşları var.

 

 

Təyyarənin vurulması, Bağdadda öldürülmüş “Sepah” terror təşkilatının “Qüds” briqadasının komandanı Qasım Süleymaninin qisasını almaq məqsədilə Amerikanın İraqdakı hərbi bazalarına raket hücumundan bir neçə saat sonraya təsadüf edib.

 

Yanvarın 3-ü, saat 02:00-da Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumuna məruz qalaraq məhv edilib.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar