Sulduzda bir klinikanın işçiləri koronavirusa yoluxub

2020-06-30 15:10

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərində yerləşən klinikanın 16 əməkdaşı koronavirus infeksiyasına yoluxub.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, əyalətin Əmək və Sosial Müdafiə İdarəsinin Müalicə şöbəsinin müdiri Sadiq İsmayılzadə məlumat verib. 

İsmayılzadə bildirib ki, Əmək və Sosial Müdafiə İdarəsinə bağlı olan klinikanın 30 əməkdaşından 16 nəfəri koronavirusa yoluxduqdan sonra həmin klinikanın fəaliyyəti dayandırılıb.

 

 

“Klinikaya müraciət edən şəxslərin infeksiyaya yoluxmaması məqsədilə artıq iki gündür ki bu mərkəzin fəaliyyəti dayandırılıb,” deyə o əlavə edib.

İsmayılzadə həmçinin qeyd edib ki, dezinfeksiya işlərinin aparılmasından sonra vəziyyətin normallaşdığı təqdirdə klinikanın fəaliyyəti yenidən bərpa olunacaq.

 

 

Güney Azərbaycanın müxtəlif şəhərlərində çalışan tibb işçiləri dəfələrlə fərdi qoruyucu vasitələrin çatışmazlığından şikayətlənərək sağlamlıqlarının təhlükə altında olduğunu vurğulayıblar.

 

 

Ötən həftə Şərqi Azərbaycan əyalətinin Səhiyyə Xidmətinin rəhbəri Məhəmməd Hüseyn Somi əyalətdə fəaliyyət göstərən 27 min tibb işçisindən 950 nəfərinin “Covid-19” infeksiyasına  yoluxduğunu bildirmişdi.

Onun sözlərinə görə, Şərqi Azərbaycan əyalətində 3 həkim, 4 tibb bacısı koronavirusdan dünyasını dəyişib.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbriz və Tehranda Azərbaycana dəstək məqsədilə mitinqə çağırış

2020-07-15

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-07-15

gun az article

Şərqi Azərbaycanda yol qəzaları 3 ayda 190 nəfərin canını alıb

2020-07-15

gun az article

“Azərbaycan Mədəniyyət Ocağı” Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib – VİDEO

2020-07-15

gun az article

GünazTV July.14.2020-Özümüz: Babilik və Bahayilik Qacar Dönəmində

2020-07-15

gun az article

GünazTV July.14.2020 -GÜNDƏM MASASI: Terrorist Ermənistan hakimiyyəti və onun Türk düşmənliyi siyasəti

2020-07-15

gun az article

Urmiyada taksi sürücüləri etiraz aksiyası keçirib

2020-07-14

gun az article

GünazTV July.14.2020: Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz rayounun kəndlərinə hücumu beynəlxalq aləmdə reaksiyalar doğurmaqdadır

2020-07-14

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 590 nəfərə çatıb

2020-07-14

gun az article

Şərqi Azərbaycanda təqaüdçülərin 57%-i alıcılıq qabiliyyətini itirib

2020-07-14

gun az article

Şərqi Azərbaycanda 760 kənd içməli sudan məhrumdur

2020-07-14

gun az article

GünazTV June.13.2020: PARLAQ GƏLƏCƏK: İran rejimində zorla etiraf almaq və işgəncər, Çin və İran rejimi arasındakı anlaşmasına baxiş

2020-07-14

gun az article

Sel Güney Azərbaycanın müxtəlif bölgələrində fəsadlar yaradıb + VİDEO/FOTO

2020-07-13

gun az article

Güney azərbaycanlı deputatdan Azərbaycana dəstək: "Ermənistan təcavüzkardır"

2020-07-13

gun az article

Firdovsi şeirlərinin irqçi məzmununu tənqid edən azərbaycanlı jurnalist həbs edilib

2020-07-13

gun az article

Güney Azərbaycanda dəm qazı 2 ayda 31 nəfərin ölümünə səbəb olub

2020-07-13

gun az article

Güney Azərbaycanın müxtəlif əyalətlərində koronavirus pandemiyası ilə bağlı yeni rəqəmlər açıqlanıb

2020-07-13

gun az article

Təbriz Şəhər Şurasının daha bir üzvü koronavirusa yoluxub

2020-07-13

gun az article

Sürgündə olan milli fəal Siyamək Mirzayi vətənə qayıdır

2020-07-13

gun az article

Ərdəbilin keçmiş deputatı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib

2020-07-13