SON XƏBƏRLƏR

Sulduzda fermerlərin etiraz aksiyası keçirilib

2022.03.22, 04:39
Sulduzda fermerlərin etiraz aksiyası keçirilib

Gunaz.tv

Etirazçılar aylar öncə şəkər çuğunduru məhsullarını zavoda verdiklərini, lakin onlara heç bir ödənişin olunmadığını deyiblər.

Onların sözlərinə görə, ödənişlə bağlı zavod rəhbərliyi və Kənd Təsərrüfatı İdarəsi məsullarının vədlərinin yalan çıxıb.

Narazılar bildirib ki, tək gəlir qaynaqları şəkər çuğundurunun zavoda verilməsi qarşılığında əldə etdikləri vəsaitdir.

Lakin onu da zavod rəhbərləyindən ala bilmirlər.

Aksiyaya toplaşan fermerlər bildirib ki, məhsulunun pulu verilmədiyini üçün işi davam etdirə bilmirlər.

Narazılar hökumət nümayəndələrinin və zavod rəhbərliyinin nəzərinə çatdırıb ki, belə davam etsə müflis olacaqlar.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar