SON XƏBƏRLƏR

Sulduzlu fəal Höccət İsmətzadə həbs olunub

2021.11.25, 08:20
Sulduzlu fəal Höccət İsmətzadə həbs olunub

Gunaz.tv

Milli fəal noyabrın 24-də təhlükəsizlik idarəsinin yerli bölməsinə çağırılıb. Sonra saat 11 radələrində idarəyə gedib və oradaca həbs olunub.

Onun hansı ittihamla saxlanıldığı və hara aparıldığına dair dəqiq məlumat əldə etmək mümkün olmayıb.

Media fəalı olan İsmətzadə bundan öncə də dəfələrlə basqılarla üzləşib və həbs olunub.

İki həftə öncə Qərbi Azərbaycan əyaləti məhkəməsindən elektron bildiriş alan fəaldan1 yanvar 2022-ci ildə Sulduzun ikinci Cəza Məhkəməsinin 101-ci bölməsində olması istənilib.

O, “xəbərləri təhrif etmək, yalan məlumatlar, foto və görüntülər yaymaqla məqsədli şəkildə ictimai asayişi pozmaq”da ittiham olunaraq sentyabrın 4-də İran təhlükəsizlik məmurları tərəfindən saxlanılıb, sentyabrın 5-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Fəalın saxlanılması səbəbi Sulduzun Saxsıtəpə kəndində yerli türklərlə etnik kürd azınlığı arasında baş verən qarşıdurma ilə bağllı məlumat yayması olub.

Qeyd edək ki, sentyabrın 3-ü, gecə saatlarında Qərbi Azərbaycanın Sulduz mahalının Saxsıtəpə kəndində etnik kürd azlığının nümayəndələri ilə yerli Azərbaycan türkləri arasında qarşıdurma baş verib.

Torpaq sahəsinin bölüşdürülməsi üstündə baş verən qarşıdurmada bir kürd fəal qətlə yetirilib, 4 nəfər isə yaralanıb.

Bu hadisə etnik kürd azlığının nümayəndələrinin yerli Saxsıtəpə türklərinin evlərinə basqın etmələrinə səbəb olub.

Bu, sulduzluların geniş etirazlarına səbəb olub.

Fəalların saxlanılması hökumət məmurlarının qeyd olunan hadisəyə laqeyd yanaşmalarına etiraz etmələri ilə bağlı olduğu ehtimal edilir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar