SON XƏBƏRLƏR

Culfada aksiya: Narazılar yolu bağladı, fərmandar hadisə yerinə getdi-VİDEO

2022.01.08, 10:42
Culfada aksiya: Narazılar yolu bağladı, fərmandar hadisə yerinə getdi-VİDEO

Gunaz.tv

Yolu bağlayan etirazçılar bildirib ki, azad iqtisadi bölgələrin ƏDV-yə cəlb olunması yanlışdır.

Narazılar bunun bu barədə qəbul olunmuş qanuna zidd olduğunu deyirlər.

Onlar “gömrük buraxılış məntəqələrində əlavə dəyər vergisi almaq Araz Azad Zonasının iqtisadiyyatı üçün ölüm zənginin səslənməs deməkdir» məzmunlu olakard qaldırıblar.

Sənaye şəhərciyi və Araz Azad Zonasının girişini etirazçılar tərəfindən bağlanması bu ərazinin yollarında tıxacın yaranmasına və getdikcə sayı artan uzun maşın növbəsinin meydana gəlməsinə səbəb olub.

Yerli media fəallarının verdiyi məlumata görə, Culfa şəhərinin fərmandarı Sadiq Əhmədi etiraz yerinə gedib və etirazçıları aksiyanı dayandırmağa çağırıb.

C.E
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar