SON XƏBƏRLƏR

Culfalı müəllim İnqilab Məhkəməsinə çağrılıb

2021.11.11, 10:38
Culfalı müəllim İnqilab Məhkəməsinə çağrılıb

Gunaz.tv

İran məhkəməsinin elektron sistemində dərc edilən bildirişdə ondan noyabrın 10-da məhkəmədə olması istənilib. Müəllimə qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Lətif Ruzixah “Şərqi Azərbaycan Müstəqil Mədəniyyət Dərnəyi”nin idarə heyətinin üzvü olmaqla yanaşı, “İran Mədəniyyət Dərnəkləri Koordinasiya Şurası”nın üzvü və Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsidir.  

Bundan öncə güneyli müəllim 14 oktyabr tarixində müəllimlərin etiraz aksiyasında iştirak etdiyi üçün məhkəməyə çağrılmış və ona qarşı oxşar ittiham irəli sürülüb.

Ruzixah bundan öncə də müxtəlif bəhanələrlə təzyiqlərə məruz qalıb.

Məhkəmə və təhlükəsizlik qurumları ona qarşı “ictimai asayişi pozmaq”, “ictimai rəyi təhrik etmək” kimi ittihamlar irəli sürülərək sinfi fəaliyyətlərinin qarşısını almağa çalışıblar.  

Culfalı müəllimin məhkəməyə çağrılmasının “İran Təhsil İşçiləri Dərnəkləri Koordinasiya Şurası”nın noyabrın 11-ə etiraz aksiyaları keçirmək barədə etdiyi çağırışla əlaqəli olduğu bildirilir.

Şuranın çağırışında əmək haqları və sıralama problemlərinin həll olunması ilə yanaşı əsas istək təhlükəsizlik orqanları tərəfindən həbs edilən müəllimlərin sərbəst buraxılmasıdır.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar