SON XƏBƏRLƏR

Hulusi Akar: "Türkiyə həmişə olduğu kimi bu gün də Azərbaycanın yanındadır"

2021.11.16, 21:29
Hulusi Akar: "Türkiyə həmişə olduğu kimi bu gün də Azərbaycanın yanındadır"

Gunaz.tv

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.

H.Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu bildirib.
"Türkiyə həmişə olduğu kimi bu gün də Azərbaycanın yanındadır".

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığı zamanı belə deyib.

Qeyd edək ki, noyabrın 16-da iki olkənin müdafiə nazirləri arasında telefon danışığı olub.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar