SON XƏBƏRLƏR

Hulusi Akardan Ermənistana çağırış

2021.11.06, 09:23
Hulusi Akardan Ermənistana çağırış

Gunaz.tv

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Türkiyədəki Səfirliyinin Ankarada 8 noyabr Zəfər günü ilə bağlı keçirdiyi tədbirdə bildirib.

Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə toxuanan nazir bildirib ki, məqsəd atəşkəsin davamlılığı və regionun sabitliyidir.

"Belə ki, bu sabitlik təkcə Azərbaycan və Türkiyə üçün lazım deyil. Əgər Ermənistan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülh əlini tuta bilsər, görərik ki, həm təhlükəsizlik, həm də rifah baxımından qazanc əldə edəcək. Bu baxımdan bizim baxışımız çox genişdir. 

Hamımız bilirik ki, zərurət yaranarsa, hətta altılıq formatında toplantı keçirməklə bütün Qafqazın təhlükəsizliyi və rifahı üçün çox mühüm addımlar atıla bilər".

H. Akar deyib ki, Türkiyə və Azərbaycan hərbçiləri işğaldan azad edilən əraziləri mina və partlamamış silahlardan təmizləyir: 

"İndiyə qədər böyük işlər görülüb və hazırda da davam edir. Minalardan təmizlənmiş ərazilərdə digər iş sahələri, əkinçilik və heyvandarlıq sahələri fəaliyyətə başlayıb və bölgənin rifah zonasına çevrilməsi üçün səylər göstərilir. Bu, bizim hamımız, o cümlədən Ermənistan üçün də bir fürsətdir". (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar