SON XƏBƏRLƏR

Qum şəhərində axundun başındakı əmmaməni yerə atıb ayaqlayan qadın həbs edilib - VİDEO

2021.12.29, 11:55
Qum şəhərində axundun başındakı əmmaməni yerə atıb ayaqlayan qadın həbs edilib - VİDEO

Gunaz.tv

 Sosial şəbəkələrdə yayılan məlumata görə, hadisə dekabrın 27-də Qum şəhərinin ən qalabalıq küçələrindən birində baş verib.

Bildirilir ki, biri yaşlı, biri isə cavan olan iki axund küçədən keçən gənc bir xanımın qabağını kəsərək ondan hicab qaydalarına tam riayət etməsini tələb ediblər. 

Bu səhnəni görən orta yaşlı bir qadın axundlara yanaşaraq, onların xanımların şəxsi işinə qarışmasına və bunun onlara aidiyyəti olmadığını bildirdikdə yaşlı molla əlindəki çəliklə həmin qadının başından vuraraq, onun da hicabına etiraz bildirib. 

Axundun çəliyinin zərbəsini alan qadın isə əsəbiləşərək onun başındakı əmmaməni dartaraq yerə atdıqdan sonra onu ayaqlamağa başlayıb.

Əsəbi qadın daha sonra aradan çıxmağa çalışan digər axunda yaxınlaşaraq onun da başındakı əmmaməni dartaraq yerə atıb və onların xanımların geyim tərzinnə müdaxilə etməsinə etiraz bildirib.

Yayılan məlumata görə, öz qorxmaz əməli ilə axundların dərsini verən və adı açıqlanmayan qadın dekabrın 28-də İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb.

Həmin qəhrəman qadının adı və onun hazırda harada saxlanılması barədə hər hansı bir məlumat yayılmayıb.

 A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar