SON XƏBƏRLƏR

Human Rights Watch: "İranda etirazçılara qarşı zorakılığa son qoymaq üçün beynəlxalq təzyiqə ehtiyac var"

2022.10.06, 11:00
Human Rights Watch: "İranda etirazçılara qarşı zorakılığa son qoymaq üçün beynəlxalq təzyiqə ehtiyac var"

Gunaz.tv

Təşkilatının məlumatına görə, İran İslam Respublikasının təhlükəsizlik qüvvələri hökumət əleyhinə geniş miqyaslı nümayişləri ölümcül və nəzarətsiz güc tətbiqi yolu ilə yatırmağa çalışıb.

"Human Rights Watch etiraz aksiyalarının videolarına, şahidlər və təhlükəsizlik qüvvələrinin üzvü ilə müsahibələrə əsaslanaraq, İranın 13 şəhərində təhlükəsizlik qüvvələri tərəfindən etirazçılara qarşı həddindən artıq və ya ölümcül gücdən qeyri-qanuni istifadə edilməsi ilə bağlı çoxsaylı halları sənədləşdirib”,- deyə, beynəlxalq təşkilat bildirib.

Bəyanatda İran hökumət qüvvələrinin avtomat, ov tüfəngləri və tapançadan istifadə etdikləri, yüzlərlə insanı yaraladıqları barədə çox saylı video və faktların olduğunu deyib.

"İran hakimiyyətinin bir çox şəhərlərdəki etirazlara qəddar reaksiyası hökumətin insan həyatına amansızcasına qəsdini nümayiş etdirən və müxalifəti susdurmaq üçün həyata keçirilən sistemli hərəkətini göstərir",- deyə, Human Rights Watch-un İran üzrə baş tədqiqatçısı Tara Sepeherifər deyib.

O, hakimiyyət qüvvələrinin etirazçılara qarşı odlu silahlardan istifadə etməsini ümumi qəzəbin dahada şiddətlənəcəyinə səbəb olacağı barədə xəbərdarlıq edib.

"Hökumətlər İrana təzyiqi artırmaq üçün birgə işləməli və etirazlar zamanı yol verilmiş ciddi pozuntularla bağlı BMT-nin rəhbərliyi altında müstəqil araşdırma başlatmalı, günahkarların məsuliyyətə cəlb edilməsi yolları təklif etməlidir",- deyə, bəyanatın sonunda qeyd olunub.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar