SON XƏBƏRLƏR

Umarov Moskva metrosunun partlayışını öz üzərinə götürdü

2021.10.20, 07:36
Umarov Moskva metrosunun partlayışını öz üzərinə götürdü

Gunaz.tv

GünAzTv: Bu, qisas aksiyası idi, Rusiya ərazisində terror hücumları davam edəcək.

Çeçenistan müqavimət hərəkatının lideri Doku Umarov Moskva metrosunda baş vermiş partlayışların məsuliyyətini öz üzərinə götürüb. Lent.az-ın "Reuters"-ə istinadən yaydığı məlumata görə, Umarov son videomüraciətində terror aktının onun şəxsi tapşırığı ilə həyata keçirildiyini bəyan edib. O, həmçinin bildirib ki, Rusiya ərazisində terror hücumları davam edəcək.

Umarovun sözlərinə görə, metrodakı terror aktı federal qüvvələrin fevralın 11-də İnquşetiyanın Sunjensk rayonunun Arştı və Datıx kəndlərində keçirdikləri əməliyyatın qisas aksiyası olub. Həmin əməliyyat zamanı, rəsmi məlumatlara görə, 18 yaraqlı öldürülüb, 5 dinc sakin aldığı xəsarətdən sonradan dünyasını dəyişib. Umarovun müraciəti martın 29-da, partlayışlardan dərhal sonra lentə alınıb. Videomüraciətdə Umarov yaxın zamanlarda keçiriləcək hansısa aksiya haqqında danışır. Martın 31-də isə Dağıstanın Kizlyar rayonunda dalbadal iki terror aktı həyata keçirildi. Partlayışlar nəticəsində 12 nəfər öldü, 29 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar