SON XƏBƏRLƏR

Ümumavropa Qarabağ mitinqi: Avropanın 30 ölkəsindən azərbaycanlılar Berlinə toplaşır - FOTO- VİDEO

2021.10.20, 07:36
Ümumavropa Qarabağ mitinqi: Avropanın 30 ölkəsindən azərbaycanlılar Berlinə toplaşır - FOTO- VİDEO

Gunaz.tv

GünAz TV: Dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 22-də Almaniyanın paytaxtı Berlində Ümumavropa Qarabağ mitinqi keçiriləcək.

 

Bakı vaxtilə 16:00-da Brandenburq qapıları deyilən ərazidə yerləşən Paris meydanında keçiriləcək mitinq “Xocalıya ədalət” kompaniyası çərçivəsində baş tutacaq.

 

 

Bunu REAL-a açıqlamasında Diasporlarla iş üzrə dövlət komitəsinin sektor müdiri Cahid İsmayıloğlu bildirdi.



Eyni zamanda bu mitinqdə soydaşlarımız gəldikləri ölkələrin dillərində çıxışlar edib, şüarlar səsləndirəcəklər. Cahid İsmayıloğlunun sözlərinə görə ölkəmizin diplomatik sahədə uğurları bu mitinqin keçirilməsi ilə üst üstə düşməsi mitinqə ruh gətirir. Mitinqin daha çox işıqlandırılması və daha geniş kütləyə çatdırılması üçün informasiya təminatında da yeniliklərdən itifadə olunacaq.

 

Belə ki, informasiya texnologiyalarının bütün imkanları, o cümlədən sosial şəbəkələr səfərbər olunub.



Adətən bu cür aksiyaları Ermənistan mətbuatı da müşahidə edir və orada müəyyən boşluqlar axtarmağa çalışırlar. Cahid İsmayıloğlunun sözlərinə görə, bu aksiya maksimum işıqlandırılacaq və şüarların effektivliyi nəzərdən keçiriləcək ki, Ermənistan tərəfinin hər hansı təxribata əl atması mümkün olmasın. Digər tərəfdən aksiya iştirakçılarının Diaspor təşkilatları tərəfindən təlimatlandırılması bu cür təxribatların qarşısını alacaq.

 

Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının Sədri Yaşaк Musayev bildirdi ki, mitinqə hazırlıq işləri plana uyğun şəkildə gedir, belə ki, mitinqin keçirilməsi üçün Berlin şəhərinin yerli hakimiyyət orqanlarından rəsmi icazə alınıb.



Qeyd edək ki, bu mitinq ikinci Ümumavropa Qarabağ mitinqidi, birinci mitinq ötən il Belçikanın paytaxtı Brüsseldə keçirilib.

 

 

 

 

 

 

 

Mənbə: Real TV

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar