SON XƏBƏRLƏR

Ümumdünya Səhiyyə Təşkilatı: Koronavirus pandemiyası hələ pik nöqtəyə çatmayıb

2021.10.20, 07:36
Ümumdünya Səhiyyə Təşkilatı: Koronavirus pandemiyası hələ pik nöqtəyə çatmayıb

Gunaz.tv

GünAz TV: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirus infeksiyasının hələlik pik nöqtəyə çatmadığını açıqlayıb.


Bu barədə "Report" “RİA Novosti”yə istinadən xəbər verir.


Eyni zamanda ÜST Avropa ölkələrində yoluxmanın yavaşladığını vurğulayıb: “Avropanın bəzi ölkələrində yoluxma faktlarının günlük sayında yüngül azalma olsa da, Türkiyə və İngiltərədə bunun əksi müşahidə edilir”.


ÜST yoluxma hallarının 90%-nin Avropa və Amerika Birləşmiş Ştatlarında (ABŞ) qeydə alındığını da vurğulayıb: “12 aydan daha tez müddətdə vaksinin hazırlanacağını gözləməyin”.


Qeyd edək ki, koronavirus qurbanlarının sayı Böyük Britaniyada 11 329, Türkiyədə isə 1 296 nəfərdir.


Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.


Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 934 000-i ötüb. Bunların 456 737 nəfəri sağalıb, 120 438 nəfəri isə ölüb.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar