SON XƏBƏRLƏR

Yunanıstan İranın neft tankerinin çıxışına yenidən qadağa qoyub

2022.06.15, 06:33
Yunanıstan İranın neft tankerinin çıxışına yenidən qadağa qoyub

Gunaz.tv

Gəmi bir neçə həftə əvvəl Amerika məhkəməsinin tələbi ilə saxlanılıb, ancaq sonra Yunanıstanda başqa bir məhkəmə həbs qərarını ləğv edib.

Lakin bu dəfə Yunanıstan məhkəməsi gəminin çıxışına qadağa qoyulması ilə bağlı qəti rəy verib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, məhkəmə qərarı Yunanıstan yedəkləmə (evakuator) şirkətinin göstərdiyi xidmətlərə görə pul ödənişi ala bilməməsindən sonra verilib. 

Məhz buna görə də məhkəmə Yunanıstan yedəkləmə kampaniyasının gəmiçilik şirkətinin rusiyalı direktorunu məhkəməyə verə bilməsi üçün tankerin Yunanıstan limanında saxlanılması barədə qərar çıxarıb.

Qeyd edək ki, bundan öncəki qərara görə, İran rəsmiləri bəyatan verib və neft tankerinin buraxılmasını diplomatik qələbə adlandırmışdılar.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar