Suqovuşan qəsəbəsinin və Talış kəndinin içməli su təchizatı bərpa edilir

17.01.2022, 20:19

"Azərsu" ASC Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin içməli su təchizatını bərpa edib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, bu işlər Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə su təchizatı sisteminin bərpası və yenidən qurulması çərçivəsində həyata keçirilir. Hər 2 yaşayış məntəqəsində vaxtilə subartezian quyuları qazılsa da, işğal dövründə yararsız hala salınıb, istismar edilməyib. 

“Azərsu” mütəxəssisləri həmin quyuların imkanlarını qiymətləndirib və təkrar istismara qaytarılmasına qərar verib. Bu məqsədlə quyuların hər birində yeni nasos və generator quraşdırılacaq. Quyu ərazisindən yaşayış məntəqələrinə müxtəlif diametrli polietilen borularla 3 km uzunluğunda magistral su xətti çəkilir.

Artıq Talış kəndinə su xəttinin çəkilişi yekunlaşıb, Suqovuşan qəsəbəsində isə işlər başa çatmaq üzrədir. Ümumilikdə magistral su kəmərlərinin 90%-i inşa edilib.

Yeni inşa edilən su xətlərindən obyektlərin daxili sistemlərinə birləşmələr veriləcək. Suyun optimal idarə olunması məqsədilə magistral su xətlərinin üzərində 8 ədəd siyirtmə, hava və suburaxıcı sistemlər quraşdırılacaq. Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.

“Azərsu” Şuşa şəhəri, Hadrut qəsəbəsi, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında içməli su təchizatının bərpası məqsədilə təxirəsalınmaz işlər görüb, eyni zamanda həmin ərazilərdə fasiləsiz xidmət təşkil edib. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İsrail Suriyada İran bazalarına raket zərbələri endirib

2022-05-21

gun az article

Human Rights Watch: "İran hökuməti növbəti dəfə etirazçılara qarşı zorakılığa əl atıb"

2022-05-21

gun az article

“Sepah”ın hərbi texnikası partlayıb

2022-05-21

gun az article

Almaniya Ukraynaya yeni müdafiə silahları verəcək

2022-05-20

gun az article

Ceyhun Bayramov Macarıstanın XİN başçısı ilə görüşüb

2022-05-20

gun az article

Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayrılıb

2022-05-20

gun az article

Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçilib

2022-05-20

gun az article

Fond direktoru: “Qarabağın mədəni irs abidələrinin çoxu dağıdılıb"

2022-05-20

gun az article

İranın təhlükəsizlik naziri etirazçıları hədələdi

2022-05-20

gun az article

DTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edib

2022-05-20

gun az article

Tanınmış din xadimi və hüquqşünas İran hökumətini tənqid edib

2022-05-20

gun az article

ETTELAAT idmançı Əmin Bərzgəri qətlə yetirib

2022-05-20

gun az article

Kərəcdə media fəalı həbs edilib

2022-05-20

gun az article

"İranda molla qıtlığı yaranıb"-Tehranın cümə imamı

2022-05-20

gun az article

Müharibənin son və qanlı mərhələsindəyik - Zelenski

2022-05-20

gun az article

Almaniya Ukrayna büdcəsini dəstəkləmək üçün bir milyard avro ayıracaq

2022-05-20

gun az article

Makron: "Müharibə Ukrayna ilə qonşu ölkələrə də yayıla bilər"

2022-05-20

gun az article

Çavuşoğlu: “Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalarına cavab verməlidir”

2022-05-19

gun az article

Zəngilanda "ağıllı kənd" hazırdır, sakinlər il ərzində köçürüləcək

2022-05-19

gun az article

Türkiyə Prezidenti: “Putin və Zelenski ilə əlaqələri kəsmək niyyətimiz yoxdur”

2022-05-19