SON XƏBƏRLƏR

Tural Gəncəliyev Ermənistanın həyata keçirdiyi ekoloji terrorla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

2021.12.14, 13:51
Tural Gəncəliyev Ermənistanın həyata keçirdiyi ekoloji terrorla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Gunaz.tv

İngilis dilində hazırlanan video müraciətdə bildirilir:

"Hər kəs təhlükəsiz və sağlam mühitdə yaşamağa layiqdir. Ekoloji fəlakətlərin qlobal təsirinin getdikcə daha qabarıq şəkildə artdığı bir şəraitdə ətraf mühitimizin qorunması və mühafizəsi məsələsində birləşmək həmişəkindən daha vacibdir. 

İstər fərdi, istər təşkilati, istərsə də dövlət səviyyəsində - təbii ekosistemlərdə zərərli dəyişikliklərin qarşısının alınması bizim əsas prioritetimiz olmalıdır. Əgər dünyanın bir yerində ekoloji fəlakət baş verirsə, hamı bu və ya digər şəkildə bu problemin ağrılı təsirlərinə məruz qalır.

T.Gəncəliyev müraciətdə Ermənistanın 30 il ərzində ölkəmizə qarşı həyata keçirdiyi ekoloji terror hadisələrinə diqqət çəkib. “Azərbaycan ərazilərinin 20 faizə yaxın hissəsi Ermənistan tərəfindən ən ağır ekoloji terrora məruz qalıb. Ermənistan çoxəsrlik nadir ağac növlərinin olduğu min hektarlarla meşələri qəsdən kəsib və ya yandırıb. 

Azərbaycanın işğal altında olmayan hissələrinə çayların axmasının qarşısını almaq üçün bəndlər tikib. Fermerlərin suvarma suyuna ən çox ehtiyac duyduğu yay aylarında çayların qarşısı bəndlərlə alınıb, suya ehtiyac olmadığı qış aylarında sünü daşqınlar yaradılaraq xalqımıza məxsus mülkiyyət və əkin sahələrinə ziyan vurulub”.

“Qarabağa dönüş” təşkilatının rəhbəri beynəlxalaq ictimaiyyətin nəzərinə Oxçuçayın ekoloji durumu ilə bağlı vəziyyətidə çatdırmağa çalışıb. “Ermənistan Azərbaycana axan Oxçuçayı çirkləndirməklə ölkəmizə qarşı ekoloji terror törədir. Erməni tərəfindəki mədən şirkətləri çaya o qədər zəhərli sənaye tullantıları atırlar ki, bütün canlılar məhv olub. 

Oxçuçay çayı Araz çayı ilə birləşdiyindən bu, Azərbaycanın bütün ərazisində yüz minlərlə insanın suvarma və icməli su kimi istifadə etdiyi Araz çayının sularını da çirkləndirir. Ən ağrılı məsələ odur ki, bu fəaliyyətlə məşğul olan şirkətlər öz ölkələrində belə halların qarşısını almaq üçün bütün lazımi tədbirləri görən, lakin öz ölkələrindən uzaqda fəaliyyətlərində eyni ehtiyat tədbirlərinə tamamilə məhəl qoymayan transmilli şirkətlərdir.

Müraciətdə Metsamor Atom Elektrik Stansiyasının region üçün yaratdığı təhlükələrdən də bəhs olunur. “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru təkcə vaxtilə işğal etdiyi ərazilərlə məhdudlaşmır.

Ermənistanın uzunmüddətli icarə əsasında istifadə etdiyi, hazırda istismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyası belə təhlükələrdən biridir. Bu Elektrik Stansiyası bir sıra beynəlxalq təhlükəsizlik standartlarına cavab vermir. 

Məsələn, bu stansiya yüksək maqnitudalı zəlzələlərə meyilli ərazidə inşa olunub. Nüvə yanacağının daşınması və radioaktiv tullantıların utilizasiyası region üçün ciddi təhlükə mənbəyidir. Bütün bunları nəzərə alsaq, Ermənistanın məsuliyyətsiz siyasəti ucbatından deyə bilərik ki, region nüvə fəlakəti ilə üz-üzə qalıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi və digər maraqlı tərəflər Metsamor Atom Elektrik Stansiyasının bağlanması və təhlükəsiz şəkildə istismardan çıxarılması üçün Ermənistana təzyiq etməlidir”- müraciətdə bildirilir.  (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar