SON XƏBƏRLƏR

Uran mübadiləsi texniki cəhətdən mümkün olmayacaq

2021.10.20, 07:36
Uran mübadiləsi texniki cəhətdən mümkün olmayacaq

Gunaz.tv

GünAzTv: Qərb  diplomatının fikrincə, uran mübadiləsinə dair razılaşmasının reallaşması texniki cəhətdən mümkünsüzdür. İran, Türkiyə və Braziliyanın uran mübadiləsinə dair razılaşmasının tətbiq olunması texniki cəhətdən mümkün deyil. Belə bir fikri adının açıqlanmasını istəməyən bir ABŞ diplomatı «CNN»-ə bildirib. Qərb diplomatı bir illik zaman kəsiminin uranı zənginləşdirmək üçün çox qısa olması səbəbindən razılaşmanın tətbiq oluna bilməyəcəyini deyib: «Bu razılaşma texniki olaraq reallaşdırıla bilməz. İranlılar yanacaq çubuğunun bir ilə qədər çıxarılmasını istəyir, halbuki ən az 1,5 il lazımdır».Xatırladaq ki, Tahranda mayın 17-də imzalanan razılaşma, İranın aşağı nisbətdə zənginləşdirdiyi 1200 kiloqram uranı 120 kiloqram yanacaqla dəyişdirməyi nəzərdə tutur.Bu arada Almaniyanın kansleri Anjela Merkel körfəzdəki ərəb ölkələrinin də İranın nüvə proqramı ilə əlaqədar olaraq Qərb ölkələrin qayğılarını paylaşdıqlarını açıqlayıb. Birləşmiş Ərəb Əmrliklərini ziyarət edən Merkel Əbu-Dabidə BƏƏ liderləri ilə görüşdükdən sonra verdiyi şərhdə, körfəz bölgəsində İranın nüvə proqramı ilə əlaqədar böyük qorxu olduğunu vurğulayaraq bölgə xalqının nüvə silahı əldə etməyə çalışmayan bir İran görmək istədiyini dilə gətirib.İranın Türkiyə və Braziliya ilə birlikdə uran mübadiləsi razılaşmasını imzalamasına baxmayaraq, Qərb gücləri razılaşmanın imzalandığı günün axşamı nüvə silahı əldə etməyi planlaşdırmaqda günahlandırdıqları İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan layihəni BMT üzvlərinə təqdim etmişdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar