SON XƏBƏRLƏR

Aİ Şurasının Prezidenti: “Bu gecə böyük bir irəliləyişə nail olduq”

2022.04.07, 09:22
Aİ Şurasının Prezidenti: “Bu gecə böyük bir irəliləyişə nail olduq”

Gunaz.tv

Bunları Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərə müsahibəsində deyib.

“Biz, həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəldik. Əminəm ki, növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya olacaq”, - Şarl Mişel əlavə edib.

Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb və 4 saatdan artıq davam edib. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar