SON XƏBƏRLƏR

Aİ Şurasının Prezidenti Rusiya əsgərlərinə müraciət edib: “Silahı yerə qoyun”

2022.04.06, 12:34
Aİ Şurasının Prezidenti Rusiya əsgərlərinə müraciət edib: “Silahı yerə qoyun”

Gunaz.tv

“Rusiya əsgərlərinə mesajım var. Əgər siz ukraynalı bacı və qardaşlarınızın ölümündə iştirak etmək istəmirsinizsə, silahı yerə qoyun”, - Ş.Mişel deyib.

Bu arada mühasirəyə alınmış Mariopul şəhərində son durum açıqlanıb.

"Şəhərdə şiddətli döyüşlər və Rusiya aviasiyasının zərbələri davam edir”.

Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Şəhərdə humanitar vəziyyət getdikcə pisləşir. Yerdə qalan 160 min sakinin əksəriyyətinin işığı, rabitəsi, dərmanı, istiliyi və suyu yoxdur. Rusiya qüvvələri humanitar yardımın qarşısını almaqla, ehtimal ki, müdafiəçilərə təzyiq göstərir”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, Ukraynanın 430 min əhalisi olan Mariupol şəhəri martın 1-dən bəri Rusiya Silahlı Qüvvələrinin mühasirəsi altınadadır. İşğalçı qüvvələr şəhərə sıza bilsə də, yaşayış məntəqəsinə nəzarəti tam ələ keçirməyə nail olmayıblar. Şəhərin müdafiəsində əsas qüvvə Ukraynanın “Azov” alayıdır.

Əhalinin yarısından çoxu humanitar dəhlizlər vasitəsilə şəhəri tərk edə bilib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar