SON XƏBƏRLƏR

Nurduz sərhəd terminalından yük maşınlarının trafiki 14% artıb

2022.01.06, 11:35
Nurduz sərhəd terminalından yük maşınlarının trafiki 14% artıb

Gunaz.tv

Orucəli Əlizadə bildirib ki, cari günəş ilinin ilk 9 ayı ərzində Nurduz gömürüyü vasitəsilə İran-Ermənistan arasında yükdaşıma nəqliyyatının trafikində 14% artım qeydə alınıb.

“İlin ilk doqquz ayında Nurduz sərhəd terminalından 75 min 300 İran və xarici yük maşınının hərəkəti qeydə alınıb.

Bununla da ötən ilin ilk 9 ayı ilə müqayisədə Ermənistanla İran arasında olan gömrük məntəqəsindən yükdaşıma nəqliyyat vasitələrinin gediş-gəlişinin 14% çoxalması müşahidə olunur”-deyə, Əlizadə bildirib.

Onun sözlərinə görə, həmin dövrdə Nurduz sərhədindən malların idxalı və ixracı 638 min 464 ton, tranzit yüklərin həcmi isə 174 min 886 ton olub.

Orucəli Əlizadənin verdiyi məlumatda 9 ay ərzində Nurduz sərhəd məntəqəsindən 80631 nəfər İran-Ermənistan arasında gediş-gəliş edib.

C.E 
 

طرح نرخ کرایه کامیون‌داران آذربایجان شرقی بر اساس «تن بر کیلومتر» به‌زودی  اجرایی می‌شود- اخبار استانها تسنیم | Tasnim

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar