SON XƏBƏRLƏR

Bəşər Əsəd gözlənilmədən İrana səfər edib

2022.05.09, 07:23
Bəşər Əsəd gözlənilmədən İrana səfər edib

Gunaz.tv

Bir neçə saat sürən səfər müddətində o, İranın rəhbəri Əli Xamneyi və ölkə prezidenti İbrahim Rəisi ilə görüşüb.

Suriyada müharibə başlayandan bu Əsədin İrana sayca 11-ci səfəridir və İran mediası onun Əli Xamneyi ilə görüşü zamanı hər iki tərəfin münasibətlərin daha gücləndirilməsinə təkid etdikləri bildirilir.

"Suriya artıq müharibədən öncəki Suriya deyil. Biz iki ölkə arasında münasibətlərin zəiflədilməsinə imkan verməməli, onu dahada gücləndirməliyik"-deyə, Xamneyi bildirib.

Suriya prezidenti isə iki ölkə münasibətlərinin İsrailin Orda Doğudakı hegomonluğunun qarşısında səngər olduğunu deyib və Tehran-Məmeşq əlaqələrinin İsrailin bölgədə istila siyasətlərinin qarşısını alacağına xidmət edəcəyini iddia edib.

Qeyd edək ki, İran Livanın terror təşkilatı olan Hizbulla üzvləridə daxil olmaqla Suriyada Bəşər Əsəd hökumətini qorumaq üçün minlərlə silahlı terrorçunu maliyyələşdirir.

Bununla yanaşı Tehran hökuməti Suriyaya milyardlarla maddi yardım edir, hərbi texnika və avadanlığı tədarükündə əsas rol oynayır.

Ekspertlərin bildirdiyinə görə, Rusiyanın öz hərbçilərini Suriyadan çıxarmaq ehtimalının güclənməsi vaxtında Bəşər Əsədin Tehrana səfəri İranın bu ölkədəki hərbi gücünü artırması ilə bağlı ola bilər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar