SON XƏBƏRLƏR

Suriyada iki İran zabiti öldürüldü

2022.03.09, 05:54
Suriyada iki İran zabiti öldürüldü

Gunaz.tv

İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) xəbəri təsdiqləyib və Ehsan Kərbəlayipur və Murtəza Səidnəjad adlı zabitlərin polkovnik olduqlarını bildirib.

Suriyanın dövlət xəbər agentliyi “SANA” bundan öncə İsrailin hava hücumu zamanı iki hərbçinin öldürüldüyünü yazsada, onların İran zabitləri olduqları barədə məlumat verməmişdi.

Hücumdan bir neçə saat sonra İsrailin müdafiə naziri Benni Qantz ölkəsinin zabitlərin öldürülməsi ilə bağlı hər hansı məsuliyyət daşıyıb-daşımadığına toxunmadan, İranın yaratdığı təhlükəyə qarşı çıxmaq üçün bütün hərbi vasitə və imkanlardan istifadə edəcəklərini bildirib.

“Nə vaxt təhdidedici hərəkətlərlə bağlı dəqiq məlumat alsaq, lazımi tədbirlər görüləcək”-deyə, İsrailin müdafiə naziri xəbərdarlıq edib.

Bazar ertəsi Suriyada “Sepah” hərbi bazasına qarşı hücum İsrailin baş naziri Naftali Bennetin Moskva səfərindən və Rusiya prezidenti Vladimir Putinlə üç saatlıq danışıqlardan sonra İsrailə qayıtmasından bir neçə saat sonra baş verib.

Qeyd edək ki, son 11 il ərzində İsrail Suriyada yerləşən İran hərbi bazaları və hərbçilərinə qarşı dəfələrlə anti-terror əməliyyatları həyata keçirib və bu əməliyyatların bir çoxunun məsuliyyətini qəbul edib. 

 

Açıklama yok.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar